METALKƏSƏN DƏZGAHLARIN TƏSNİFATI.
Emal edilən pəstaha yonqar ayırmaqla, tələb olunan dəqiqlikdə, lazımı formanı verən maşınlara metalkəsən dəzgahlar (MKD)deyilir.
MKD icra edəcəyi işin xarakterindən asılı olaraq qruplara, hər qrup da öz növbəsində tiplərə bölünür. Belə təsnif hər bir dəzgahın modelini və tipini şifrlə- indekslə işarə etməyə imkan verir. İndeks üç və ya dörd rəqəmdən ibarət olur.
Birinci rəqəm qrupu, ikinci rəqəm tipi, sonrakı rəqəmlər isə dəzgahın əsas ölçülərindən birini xarakterizə edir. Dəzgahların təsnifatı ədıbiyyatda cədvəl şəklində verilir.
Universallıq dərəcəsinə görə dəzgahlar universal, ixtisaslaşdırılmış və xüsusi dəzgahlar qrupuna bölünür.
Universal dəzgahlardan fərdi və liçik seriyalı istehsalda, müxtəlif adlı və ölçülü hissələrin emalında; ixtisaslaşdırılmış dəzgahlardan seriyalı istehsalda, oxşar konfiqurasiyalı bir tipli və müxtəlif ölçülü hissələrin emalında; xüsusi dəzgahlardan isə iri seriyalı və kütləvi istehsalda, bir tipli eyninölçülü hissələrin emalında istifadə edilir.
MKD dəqiqlik dərəcələrinə və çəkilərinə (ağırlığına ) görə də müxtəlif növlərə bölünürlər.
Proqram ilə idarə olunan dəzgahların modellərində avtomatlaşdırma səviyyəsini göstərən P hərfi və rəqəmlər əlavə edilir.
Mexaniki emal zamanı pəstahın və kəsici alətin hərəkətlərini əsas və veriş (işçi) hərəkətlərinə bölmək qəbul olunmuşdur.
Pəstahdan yonqar ayırmaqla kəsmə sürətini təyin edən hərəkətlərə əsas hərəkətlər deyilir. Alətin kəsici ülgücünün pəstahın üzərində yerdıyişməsini təmin edən hərəkətlərə isə veriş hərəkətləri deyilir. Əsas və veriş hərəkətləri fırlanan və düz xətli ola bilər.
Həmin hərəkətlər,eyni zamanda həm pəstaha və həm də kısici alətə verilə bilər.
Dəzgahda hissəni emal etmək üçün işçi hərəkətlərdən başqa köməkçi və idarəetmə hərəkətləri də lazımdır. Bu hərəkətlər kəsmə prosesində iştirak etmir,lakin texnoioci proses ücün vacibdir.
Köməkçi hərəkətlərə pəstahın tərtibatda yerləşdirilməsi bərkidilməsi eləcə də kəskinin yerləşdirilməsi, bərkidilməsi,pəstaha yaxınlaşdırılması və s. daxildir.
Dostları ilə paylaş: |