HİSSƏLƏRİN SİNİFLƏRƏ BÖLÜNMƏSİ.
Maşin hissələrinin müxtəlif forma, ölçü və səthi kələkötürlüyə malik olması onların istehsal prosesində müəyyən çətinliklər yaradır. Bu çətinlikləri aradan qaldırmaq üçün əvvəlcə hissələr konstruktiv - texnoloji bircinsliliyinə görə təsnifatlandırılır, yəni siniflərə bölünür, sonra həmin qrup hissələr üçün tipik texnoloji proseslər tərtib edilir.
Hissələr siniflərə bölünərkən onların forma və ölçüləri, səthi keyfiyyəti və dəqiqliyi,materialı,istehsal həcmi və xarakteri nəzərə alınır.
Maşınqayırmada texnoloji proseslərin tipləşdirilməsi ideyasını professor A.P. Sokolovski vermişdir. O,maşın hissələrini 15 sinfə bölməyi təklif etmişdir.
Professor F.S. Demyanyuk avtomobil hissələrini 6 sinfə bölmüşdür:
1) gövdə hissələr; 2) dairəvi millər; 3) içi boş silindrlər; 4) diisklər; 5) dairəvi olmayan millər; 6) bərkitmə detalları.
Dostları ilə paylaş: |