Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Yığım dəqiqliyinin təmin edilmə metodları



Yüklə 190,69 Kb.
səhifə38/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   112
Yığım dəqiqliyinin təmin edilmə metodları.

Yığım prosesində istifadə olunan hissələrin ölçüləri müsaidə sahələri həddində olsalar da bir birindən fərqlənirlər. Ona görə də aqreqatda hissələrin qarşılıqlı vəziyyətinin təmin edilməsinin yiğım dəqiqliyinə böyük təsiri vardır.

Aqreqatlarda hissələrin qarşılıqlı əlaqəsi və qaşılıqlı asılılığı yığım ölçü zənciri vasitəsi ilə təyin edilir.

Yığım ölçü zənciri dedikdə müəyyən ardıcıllıqla yerləşdirilmiş bir neçə hissənin qarşılıqlı əlaqədə olan ölçülərinin qapalı konturu nəzərdə tutulur.

Ölçü zənciri tərkib və qapayıcı bəndlərdən ibarət olur.

Tərkib bəndi -səthlərin və ya oxların arasındakı məsafəni təyin edən ölçüyə deyilir.

Təkib bəndinin ölçülərinin dəyişməsi qapayıcı bəndin ölçülərinin dəyiçməsinə səbəb olur.

Qapayıcı bənd -ölçü zəncirində sonuncu bənd olub, hissələrin oxlarını və ya səthlərini birləşdirir. Qapayəcı bəndin vəziyyəti təmin edilir və ya ölçülür. Hər bir ölçü zənciri bir qapayicı,

İki və daha çox tərkib bəndlərindən ibarət olyr. Zəncirin tərkib bəndləri A1, A2, A3, ...və ya B1, B2, B3 ....hərfləri ilə, qapayıcı bəndlər isə uyğun olaraq Aq və ya Bq hərfləri ilə işarə edilir.

Qapayıcı bəndə təsir dərəcəsinə görə tərkib bəndləri ölçü artıran və ölçü azaldan növlərə bölünür. Bəzən qapayici bəndin tələb olunan dəqiqliyini təmin etmək üçün kompensasiya edici bəndlərdən istifadə edilir.

Kompensasiya edici bənd - elə bəndə deyilir ki, onun ölçüsünü dəyişməklə qapayıcı bəndin tələb olunan dəqiqliyini təmin etmək olur. Kompensasiya edici bəndin işarəsinə K hərfi əlavə edilir. Məsələn, A5k, B8k və s.

Bəndlərin yerləşməsindən asılı oiaraq yığım ölçü zəncirləri xətti, müstəvi və fəza növlərinə bölünür.ölçü zəncirinə daxil olan bütün ölçülər bir-birinə paralel və ya xətti asılılıqla əlaqəlidirsə, onda belə ölçü zənciri xətti adlanır.

Yığım ölçü zəncirinin həll edilməsində iki metoddan istifadə edilir: Birinci - maksimum və minimum ölçüləri hesablamaqla, ikinci - riyazi statistikadan istifadə etməklə.

Qapayici bəndin maksimum ölçüsü zəncirin bəndlərinin müsbət ölçülü maksimum qiymətlərinin cəmi ilə mənfi ölçülü minimum qiymətlərinin cəminin fərqi kimi təyin edilir.

A max = imax - i min,

Burada Ai- tərkib bəndlərinin ölçüsüdür.

Qapayici bəndin minimum ölçüsü ölçü zəncirinin müsbət ölçülü minimum qiymətlərinin cəminin mənfi ölçülü maksimum qiymətlərinin cəminin fərqi ilə təyin edilir:

A min = imin - i max,

Qapayici bəndin müsaidəsini təyin edə bilərik



A = A max - A min,

Qapayici bəndin tələb olunan dəqiqliyi aşağıdakı beş metodla təyin edilir: -

-tam qarşılıqlı əvəzetmə;

-natamam qarşılıqlı əvəzetmə ;

-selektiv seçmə;

-nizamlama ;

- çatdırma ilə.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin