Texnoloji proses.
İstehsal predmetinin vəziyyətinin məqsədyönlü dəyişməsi ilə əlaqədar olan istehsal prosesinin bir hissəsinə texnoloji proses deyilir. İstehsal predmetinə: detal, düyün, aqreqat, avtomobil və s.aid edilir.
Texnoloji proses kəsmə emalı, qaynaq, pərçimləmə, yığma və s. texnoloji metodlarla yerinə yetirilir.
Texnoloji proses hissə və maşınlara, istehsal prosesi isə sex və ya şöbələrə aid edilir.
Mexaniki emalın texnoloji prosesi - pəstahın və ya hissənin formasının, həndəsi ölçülərinin, səthi keyfiyyətinin, mexaniki xüsusiyyətlərinin və s. tələbata uyğun dəyişdirilməsi ilə əlaqədar olan istehsalat prosesinin bir hissəsinə deyilir.
Texnoloji prosesin tərkibinə bilavasitə emalla əlaqədar olmayan təsirlərdə: pəstahın yerləşdirilməsi, emal rejimlərinin dəyişdirilməsi və s. daxil edilir.
Yığımın texnoloji prosesi - məmulatın elementlərinin (detallarının) qrup, düyün və aqreqatlara ardıcıl yığılması ilə əlaqədar olan istehsal prosesinin bir hissəsinə deyilir.
Yığımla əlaqədar olmayan köməkçi təsirlər: məsələn, bazis detalının stendə bağlanması və s. yığımın texnoloji prosesinə aid edilir.
Texnoloji prosesi yerinə yetirmək üçün texnoloji avadanlıq və ləvazimatlardan istifadə edilir.
Texnoloji avadanlıq – texnoloji prosesin müəyyən hissəsini yerinə yetirmək üçün tələb olunan istehsal vasitələrinə deyilir.
Məsələn, kəskilər, tərtibatlar, ştamp-lar, pres-formaları və s.
Mexaniki emalın texnoloji prosesi əməliyyat, yerləşdirmə, mövqe, keçid, gediş, fənd və s. elementlərdən ibarətdir.
Dostları ilə paylaş: |