Avtomobilin imtinasızlığı – avtomobilin müəyyən vaxt və ya yürüş ərzində iş qabiliyyətini fasiləsiz saxlama xüsusiyyətinə deyilir.
İmtinasızlığın əsas göstəricilərinə imtinasız işləmə ehtimalı, imtinaya qədər orta yürüş, bərpa olunmayan elementlər üçün imtinalar intensivliyi və bərpa olunan elementlər üçün imtinalar axının parametri və s. aid edilir.
Avtomobilin ömüruzunluğu – iş qabiliyyətinin texniki qulluq və təmir aparmaq üçün lazım olan fasilə ilə həddi vəziyyətinə qədər saxlama xüsusiyyətinə deyilir.
Avtomobilin həddi vəziyyəti onun baza detallarının yeyilmə dərəcəsi ilə, istismar xüsusiyyətlərinin və səmərəlilik göstəricilərinin azalması ilə təyin edilir.
Avtomobilin ömüruzunluq göstəricilərinə orta resurs, orta xidmət müddəti və qamma faizli resurs aid edilir.
Dostları ilə paylaş: |