Verilən vaxt ərzində bərpa ehtimalı – təmirə yararlığın ən əsas göstəricilərindən biridir. Bu göstərici imtinaların aradan qaldırılma vaxtının dəyişmə qanunauyğunluğu ilə, yəni paylanma əyrisinin növündən asılı olaraq təyin edilir. Məsələn, eksponensial paylanma qanunu üçün verilən vaxt ərzində bərpa ehtimalı aşağıdakı ifadə ilə təyin olunur.
Pbər
Hazırlıq əmsalı. Avtomobilin bərpa oluna bilməsi baxımından onun etibarlığının qiymətləndirilməsində kompleks göstəricilərdən istifadə edilir. Belə göstəricilərə hazırlıq əmsalı və texnki istifadə əmsalları aid edilir.
Hazırlıq əmsalı aşağıdakı ifadə ilə təyin olunur.
burada tiş - məmulatın müəyyən vaxt intervalında işləmə müddəti və ya imtinalar arası vaxtın orta qiyməti, saat;
tbər - obyektin bərpası ilə əlaqədar olan boşdayanma müddəti, saat.
Dostları ilə paylaş: |