Mövzu 14. AVTOMOBİL TƏMİRİNİN TƏŞKİL
ÜSULLARI
Avtotəmir müəssisələrinin növləri
Avtomobillərin əsaslı təmiri ərazi prinsipi üzrə həyata keçirilir. Hər bir ATM xidmət etdiyi ərazidə yerləşən avto nəqliyyat vasitələri üçün təmir işləri yerinə yetirir. Belə təşkil təmir işləri ilə əlaqədar olan vaxt itkisini və nəql etmə xərclərini azaltmağa imkan verir.
Avtotəmir müəssisələrinin sayı və onların yerləşdirilmə ərazisi xidmət olunan zonada avtomobil nəqliyyatı vasitələrinin sayından, onların istismar intensivliyindən və şəraitindən, yerləşməsindən, eləcə də istehsal-texniki, sosial-iqtisadi, demoqrafik və başqa xüsusiyyətlərdən asılı olaraq müəyyən edilir.
Avtomobil və aqreqatların təmirə göndərilməsi tərtib edilmiş qaydalara və tələblərə əsasən yerinə yetirilir.
Avtomobil və aqreqatların təmir zavoduna gətirilməsi və ya təmir olunmuş avtomombil və aqreqatların sahibinə çatdırılması təlabata əsasən həyata keçirilir. Lakin bəzi xüsusiyyətlər nəzərə alınmalıdır.
Birincisi. Təmir obyektlərinin ATM-nə planlı şəkildə təhvil verilməsi aradan götürülür. Ona görə də təmir müəssisələri təmir obyektlərinin ATM-dən, sahibkarlardan və ya fərdi şəxslərdən satın almalıdır. Bu məqsədlə müəyyən normativ sənədlər və qaydalar tərtib edilməlidir.
İkincisi, təmir olunmuş obyektlərin müəssisələr və ya fərdi şəxslərə verilməsi satış əsasında təşkil edilməlidir. Həmçinin, burada əvəz edilmə prinsipinə üstünlük verilməlidir. Yəni təmir obyekti təhvil verən müəssisə və şəxslər təmir olunmuş obyektlərin alınmasında üstünlüyə malik olmalıdır. Əks halda təmir müəssisədə təmir fondunun təşkili xeyli çətinləşə bilər.
Avtomobil və aqreqatların təmirə təhvil verilməsi və təmirdən alınması zamanı onların texniki vəziyyətləri və komplektlilikləri texniki tələb və normativ sənədlərə uyğun gəlməlidir.
Avtomobillərin təmir sistemində edilən yenilik onun ərazi prinsipində də müəyyən dəyişikliyə səbəb olacaqdır.
İstehsalın miqyasına görə ATM iki qrupa bölünür: təmir zavodları və təmir emalatxanaları. Bu müəssisələr istehsalın miqyasından, təyinatından, ixtisaslaşdırılmasından və tipindən asılı olaraq təsnif edilir.
1. Güc aqreqatlarının təmir zavodu.
2. Aqreqatların təmir zavodu.
3. Elektrik avadanlığı və akkumulyator batareyalarının təmir
zavodu
4. Qeyri-standart avadanlığın təmir zavodu.
5. Yeyilmiş hissələrin bərpa zavodu.
Dostları ilə paylaş: |