Yuyucu məhlullar. Yuma və yağsızlaşdırma prosesinin mahiyyəti hissələrin səthindən çirklərin təmizlənməsi və onların məhlulda həll edilməsindən ibarətdir.
Avtotəmir müəssisələrində yuma və yağsızlaşdırma prosesləri yuyucu maddələrin köməyi ilə xüsusi avadanlıqdan istifadə edilərək yerinə yetirilir.
Hal-hazırda yumanın bütün proseslərində sintetik yuyuycu maddələrdən (SYM), onlar olmadıqda isə kaustik və kalsium sodalarının sulu məhlullrarından geniş istifadə edilir.
SYM-ın əsasını səthi-aktiv maddələr (SAM) təşkil edir.
SYM natrium qələvisinə nisbətən 3-5 dəfə səmərəlidir.
SYM-in toksikliyi yoxdur, yanmır, yanğına qarşı təhlükəsizdir və suda yaxşı həll olur.
Əksər hallarda yuyucu məhlullar üç-dörd müxtəlif turşu qatılıqlarından və bir-iki SAM qarışığından hazırla- nır.
SAM kimi sulfonat, NP-1 və NP-3 sulfonallarından, OS-20, OP-4, OP-10 preparatlarından, proksanol-186, sintamid-5, sintanol-DS-10, oksifos-B və KD-6 istifadə olunur.
Şırnaqlı yuma üçün Labomid 101 və YM-6 məhlulları məsləhət görülür. Məhlulların qatılığı 10-20 kq/m3, işçi temperaturları isə 70-850S olmalıdır.
SYM nöqsan cəhətlərinə şırnaqla yuma zamanı qatılıq artdıqca köpük əmələ gəlməsini göstərmək olar. Köpüklənmənin qarşısını almaq üçün məhlula 0,2-0,3% dizel yanacağı, ağ neft və ya uayt spirt əlavə etmək olar.
Qətranlı çöküntülərdə çirklənən hissələri SYM və digər məhlullarla şırnaq altında yuma mümkün olmur. Belə hissələri Labomid-203, YM-8 və YM-15 məhlullarında islatmaqla təmizləmək lazımdır. Məhlulun qatılığı 20-30kq/m3, işçi temperaturu 80-1000S olmalıdır.
İslatmaqla yuma zamanı hissələri məhlulda (vannada və s.) hərəkət etdirməklə porosesin intensivliyini 1,5-2 dəfə artırmaq olar.
Hissələrinin asfalt-qətran çöküntülərindən təmizlənməsində həlledicilərdən istifadə edilir. Xlorlaşdırılmış, aromatik və həddi həlledicilər daha geniş tətbiq olunur.
Dostları ilə paylaş: |