Gizli qüsurların aşkar edilmə üsulları.
Gizli qüsurların xüsusilə, səthi və daxili çatların aşkar edilməsi avtomobilin hərəkət təhlükəsizliyinə təsir edən hissələrin texniki vəziyyətinin yoxlanmasında daha vacibdir.
Avtotəmir istehsalında aşağıda göstərilən metodlar geniş tətbiq olunur: pnevmatik, hidravlik, maqnit, ultrasəs, lüminessent və s.
Pnevmatik üsulla radiatorlarda, yanacaq baklarında, yanacaq borularında, şlanqlarda və s. hermetiklik və ya kiplik yoxlanılır. Bu üsulla yoxlanacaq hissə pnevma-sistemlə (kompressorla) kip birləşdirilir və ona 0,5-1,0 kq/sm2 təzyiqlə hava vurulur. Sonra hissə su vannasına salınır. Əgər hissədə çat və ya deşik olarsa çıxan hava qabarcıqları defektin yerini göstərəcəkdir.
Dostları ilə paylaş: |