Standart təmir ölçülərində porşenlər, porşen üzükləri, porşen barmaqları, itələyicilər, nazik divarlı içliklər hazırlanır. Göstərilən hissələr təmir ölçülərində avtomobil sənayesi tərəfindən istehsal olunur və təmir müəssisələrində geniş istifadə edilir.
Reqlament üzrə təmir ölçüləri bir sıra detalların bərpasının texniki şərptlərində nəzərdə tutulur. Məsələn, yumruqlu valların boyunları və onların oymaqları, klapanlar və onların istiqamətləndiriciləri, şkvorenlər və başqa hissələr üçün reqlament üzrə təmir ölçüləri nəzərdə tutulur.