Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Flüs altında avtomatik üstrəritmə



Yüklə 190,69 Kb.
səhifə86/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   112
Flüs altında avtomatik üstrəritmə.

Bu üsul avtotəmir müəssisələrində hissələri bərpa etmək üçün ən mütərəqqi və geniş tətbiq olunan üsullardan biridir. Bu üsulun nəzəriyyəsini və praktiki tətbiqini məşhur Ukrayna alimi E.O.Paton işləmişdir.

Həmin üsulun mahiyyəti belədir. Bərpa olunan hissə əlavə avadanlıqla təchiz olunmuş torna dəzgahının patronunda və mərkəzləri arasında yerləşdirilərək bərkidilir. A – 580 M və ya PAU-1 tipli üstəritmə aparatı isə dəzgahın suppotunda quraşdırılır (şəkil 19.2). Elektrik qövsünün yanma zonasında elektrod məftil barabandan aparıcı diyircəklər vasitəsilə bunkerdə quraşdırılan müştüyün içərisindən keçirilərək verilir. Aparıcı diyircəklər üst əritmə aparatının verici mexanizmi vasitəsilə hərəkətə gətirilir. Elektrodun qaynaq tikişi üzrə hərəkəti hissənin dəzgahda fırlanması hesabına əldə edilir. Elektrodun üstəridilən səthin uzunluğu boyunca hərəkəti isə dazgahın supportunun yerdəyişməsi ilə təmin edilir. Qövsün yanma zonasına flüs bunkerdən verilir.

Flüsün kütləsinə batırılmış qövs ərimiş maye flüs qatı altında, qövsün fasiləsiz yanmasından yaranan qaz mühitində yanır. Flüsün maye qatı ərimiş metalı ətraf havanın zərərli təsirindən mühafizə edir. Ərimiş metalın sıçramasının qarşısını xeyli dərəcədə alır, tikişin formalaşmasını, qövsün istiliyindən və elektrod materialından az itki ilə istifadə olunmasını yaxşılaşdırır.

Üstəritmə zamanı əmələ gələn posa qazmağı ərimiş metalın soyumasını ləngidir və onun struktur çevrilmələrini yaxşılaşdırır. Elektrodun müştükdən çox az bayıra çıxması qaynaq cərəyanının sıxlığını 150-200 A/mm2 qədər artırmağa imkan verir. Bu zaman metal itkisi ərimiş metal kütləsinin 2%-dən çox olmur. Üstəritmə əmsalı 14-16 q/A saat, yəni əl ilə qaynaqlamadan 1,5-2 dəfə çox olur.

Burada məhsuldarlıq əl ilə elektrik qövs qaynağına nisbətən 6-10 dəfə çox olur və 1,5-10 kq/saata çatır.

Prosesin mənfi cəhəti qövsün görünməməsi, flüs sərfinin çox olması və baha başa gəlməsidir. Qaynaq yerinin görünməməsi mürəkkəb konfiqurasiyalı tikişin qaynağını çətinləşdirir.

Hissələrin üstəritmə ilə bərpası torna dəzgahlarında aparılır. Şpindelin fırlanma tezliyi 0,2-5 dövr/dəq olur. Qaynaq başlığı dəzgahın supportuna yerləşdirilir. Hissə mərkəzlərdə və patronda yerləşdirilir. Hissəyə cərəyan şpindel vasitəsilə verilir. Hissənin diametri 40-80 mm olduqda qaynaq çətinləşir. 40 mm-dən kiçik olduqda isə mümkün olmur.

Keyfiyyətli tikiş almaq üçün elektrodu – zeniti hissənin mərkəzindən e=5-30 mm məsafədə yerləşdirirlər. Bu məsafənin qiyməti hissənin diametrindən qaynaq cərəyanının qiymətindən, qövsün uzunluğu və gərginliyindən, fırlanma tezliyindən asılıdır.

Flüs altında avtomatik CV08QC üstəritmədə üst əridilən metalın fiziki – mexaniki xüsusiyyətləri istifadə olunan flüs və elektrod məftillərindən çox asılıdır. Aşağıdakı elektrod məftilləri daha çox tətbiq edilir: az karbonlu poladdan olan hissələr üçün CV-08, orta karbonlu və azlegirlənmiş (e) poladdan olan hissələr üçün: Hn-65, Hn-80 və b.

Avtomatik üst əritmədə iki növ flüsdən istifadə olunur: əriyən (AN-348 A, AN-20, AN-30) və keramiki (ANK-18, ANK-19). Əriyən flüslər üstəritmədən metalı oksidləşmədən etibarlı qoruyur, keramiki flüslər isə onu legirləməyə də imkan verir.

Hissələrin AN-348A flüs təbəqəsi altında və Hn-65 yüksək karbonlu elektrod məftillə bərpası zamanı üstəridilən metalın bərkliyi HB 280-300, AN-20 flüsü altında Hn-30 XQCA məftillə üstəritmə zamanı isə bərkliyi HB 310-320 qədər yüksəltmək olur.

Elektrod məftilinin diametri üstəridilən hissənin diametrindən asılı olaraq seçilir. Avtomobil hissələrinin üstəridilməsində diametri 1,6 – 2,5 mm olan məftillərdən istifadə olunur.

Üst əritmə zamanı adətən əks qütblü sabit cərəyandan istifadə olunur. Qövsün gərginliyi qaynaq cərəyanının gücündən asılıdır. Cərəyanın gücü çox olduqca qövsün gərginliyi bir o qədər artıq götürülməlidir. Qövsün gərginliyi 25-35 V, üstəritmə sürəti isə 12-45 m/saat götürülür. Elektrod məftilinin diametri 1,6-2 mm olduqda, cərəyanın gücü 140-360 A, məftilin çıxışı cərəyanın gücündən asılı olaraq 10-25 mm, addım isə 3-6 mm götürülür.

Elektrodun zenitdən sürüşməsi ərimiş metalın axmasının qarşısını alır və hissənin diametrindən asılı olaraq (d=50-150 mm olduqda e=3-8 mm) seçilir.

Flüs altında üstəritmənin aşağıdakı üstünlükləri vardır: məhsuldarlığı yüksəkdir, elektrik enercisi və metal sərfi qənaətlidir, üst əridilən təbəqənin qalınlığını 1,5-5 mm-ə çatdırmaq mümkün olur, tələb olunan fiziki – mexaniki xüsusiyyətin alınması, qaynaqçının iş şəraiti (ultrabənövşəyi şüalanmanın olmaması hesabına) yaxşı olur, üst əritmə əmsalı əl ilə qaynaqdan 1,5 dəfə çox olur.

Bu prosesin mənfi cəhətlərinə: üstəritmə zamanı hissənin çox qızması, diametri 40 mm-dən kiçik olan hissələrin bərpasının mümkün olmaması (bu zaman flüs və əriyən metal bərpa olunan səthdən axır), şlak təbəqəsinin təmizlənməsinin vacibliyi və çətinliyi, üstəridilən metalın yeyilməyə qarşı davamlılığını artırmaq üçün termiki emala uğradılması və s. göstərilə bilər.

Flüs altında avtomatik üstəritmə ilə dirsəkli valların boyunları, müxtəlif valların şlisli səthləri, yarımoxlar ötürmə qutusunun valları və s. bərpa edilir.



Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin