Ədədi kalkulyasiya vaxtı - texnoloji əməliyyatı yerinə yetirmək üçün sərf olunan vaxta deyilir və iki əsas vaxtın - ədədi vaxt norması ilə hazırlıq-tamamlama vaxt normasının cəmindən ibarətdir. Başqa sözlə, ədədi kalkulyasiya vaxtı - bir detalı emal etmək və ya bir əməliyyatı yerinə yetirmək üçün lazım olan vaxta deyilir.
təd.k = təd +
burada təd.k - ədədi kalkulyasiya vaxtı;
th.t - hazırlıq-tamamlama vaxtı;
təd. - ədədi vaxt norması-bir hissəni (məmulatı)
bilavasitə emal etmək üçün tələb olunan vaxt;
n - dəstdə olan hissələrin sayıdır.
Hazırlıq - tamamlama vaxtı ərzində yerinə yetiriləcək işin təhvil alınması və təhvil verilməsi, işçi cizgisi ilə tanış olmaq, alətin, tərtibatın və dəzgahın sazlanması və s. aid edilir. Hazırlıq tamamlama vaxtı normativlər cədvəlindən götürülür.
Texniki vaxt normaları müxtəlif üsullarla: normativlər əsasında hesabatla, işçi vaxtın sərfini müşahidə etməklə və ümumiləşdirilmiş tipik vaxt normaları ilə müqayisə edilməklə təyin edilir.
Texnoloji əməliyyatı yerinə yetirmək üçün tələb olunan ədədi vaxt norması aşağıdakı ifadə ilə təyin edilir
təd = tə + tk + tTX + tfas, dəq.
burada: tə - əsas (texnoloji) vaxtdır, hissənin vəziyyətinin
(forma və ölçülərinin) dəyişməsinə sərf olunur;
tk - köməkçi vaxtdır, emal edilən hissəni
yerləşdirmək və çıxartmaq, ölçülərə nəzarət
etmək, alətləri dəyişdirmək və s. üçün nəzərdə
tutulur;
tTX - iş yerinin təşkilatı və texniki qulluq vaxtı,
avadanlığı sazlamağa, alətləri dəyişdirməyə,
yağlamağa, yonqarları kənar etməyə,
avadanlığı işə hazırlamağa və s. sərf olunur;
tfas - fasilə vaxtıdır; istirahət və fəhlənin təbii ehti-
yaclarını ödəmək üçün nəzərdə tutulur.
Əsas və köməkçi vaxtların cəminə əməliyyat vaxtı deyilir
təm = tə + tk.
Mexaniki emal zamanı əsas (texnoloji) vaxt hər bir texnoloji keçid üçün hesablanır:
tə =
burada L - emalın hesabı uzunluğu, mm; i - işçi gedişlərin sayı;
S - dəqiqəlik veriş, mm; n - şpindelin dövrlər sayı, dövr/dəq.
Bu ifadə ilə bütün mexaniki emal növlərinin vaxt norması təyin edilir.
Köməkçi vaxt hissəni yerləşdirmək və çıxartmaq üçün (tky), keçid (tk.k) və ölçmə (tk.ö) işlərinə sərf olunur
tk = tky+tkk+tkö
Köməkçi vaxt normativ göstəricilərə görə seçilir.
İş yerinin təşkili və texniki qulluq vaxt ilə fasilə vaxtının cəmi əlavə vaxt norması adlanır
təl = tTX + tfas
Onda ədədi vaxt norması aşağıdakı ifadə şəklində yazıla bilər
təd = təm+təl
Hesabat zamanı əlavə vaxt norması əməliyyat vaxtına əsasən təyin edilir təl = təm
burada x - əlavə vaxt normasının əməliyyat vaxtına nəzərən faizidir.
Beləliklə, ədədi vaxtın hesabı:
təd=təm+təm = təm , dəq.
Dəzgah işlərində işçi yerinin təşkili və texniki qulluğu ilə əlaqədar olan vaxt əməliyyat vaxtının 2-4%-i qədər götürülür. Cilalama zamanı bu qiymət 3,5-7% təşkil edir.
İşin fasilə vaxtının qiyməti fərdi və seriyalı istehsalda əməliyyat vaxtının 4-6%-i qədər, kütləvi istehsalda isə, dəzgahın tipindən asılı olaraq, əməliyyat vaxtının 5-8%-i qədər götürülür.
Dostları ilə paylaş: |