Avtomobil hissələrinin rənglənmə üsulları
Avtomobil hissələrinin rənglənməsində aşağıdakı üsullardan istifadə edilir: fırça və üzdiyircək valcıqları ilə, rəngə batırmaqla, hava və havasız tozlandırma ilə və elektrostatik sahədə tozlandırma ilə.
Fırça və üzdiyircək valcıqlarının köməyi ilə rəngləmə məhdud halda, xüsusilə tez quruyan rəng örtüklərinin çəkilməsində istifadə edilir. Bu üsul sadə və universaldır, müxtəlif ölçülü və konfiqurasiyalı hissələri rəngləməyə imkan verir. Fırça ilə rəngləmədə silinmə nəticəsində örtük materialı hissənin səthi ilə yaxşı birləşir.
Dostları ilə paylaş: |