MÖVZU 5. HİSSƏLƏRİN BAZALAŞDIRILMASI
Bazaların təsnifatı
Mexaniki emaın ən vacib məsələlərindən biri pəstahın və ya hissənin dəzgah və ya tərtibatda düzgün yerləşdirilməsi və etibarlı bərkidilməsidir. Yerləşdirmə üsulunun emal dəqiqliyinə böyük təsiri vardır.
Yerləşdirmə dedikdə pəstahın kəsici alətə nəzərən düzgün yönəldilməsi və bu vəziyyətdə etibarlı bərkidilməsi nəzərdə tutulur.
Emal prosesində pəstahın dəzgahda yerləşdirilməsi zamanı, onun kəsici alətə nəzərən, yönəldilməsi məqsədilə istifadə olunan səthlər, xətlər, nöqtələr toplysu yerləşdirmə elementləri və ya baza adlanır. Pəstahın bu elementlərə nəzərən yerləşdirilməsinəirnə bazalaşdırma deyilir. Qeyd edək ki, baza adlarının vahid terminologiyası yoxdur. Lakin ədəbiyyatda bazaların aşağıdakı növləri səciyələndirilir:
- konstruktor;
- yığma;
- texnoloji və
- ölçmə.
Dostları ilə paylaş: |