Mexaniki emal paylarının təyini.
Hazır hissə almaq üçün pəstahdan, mexaniki emaql zamanı yonylan metal təbəqəyə emal payı deyilir. Emal payının və müsaidənin düzgün təyin edilməsinin böyük iqtisadi əhəmiyyəti vardır. Emal payının artması əmək tutumunun , metal sərfinin, eləcə də,maya dəyərinin artmasına səbəb olur.
Optimal emal payı dedikdə, ən az maya dəyərinə malik, yüksək kryfiyyərtli məhsuiun hazırlanmasını təmin edən emal payı nəzərdə tuyulur.
Ümumi emal payı ayrı - ayrı keçid və əməliyyatlar üzrə emal paylarının cəmi kimimtəyin edilir.
Z0 = Z1 +Z2+Z3 +...+Zn = i
Ümumi emal payı, hımçinin, müəyyən səth üzrə pəstahla hazır hissənin ölçülərinin fərqi kimi də təyin edilir.
Z0 = dp – dh
daxili səthlər üçün aşağıdakı kimi təyin edilir.
Zo = dh – dp ,
Mexaniki emal payı simmetrik və asimmetrik növlərə bölünür. Emal payı cox faktorlardan: pəstahın materialından, ölçülərindən, hazırlanma üsulundan, termiki emalından,
dəzgahda yerləşdirmə üsulundan, kəsmə recimindən və s.
asılıdır.
Verilən ölçünü tam dəqiq təmin etmək mümkün olmadığından emal paylarına müsaidələr qoyulur və əməliyyatlar üzrə maksimum və minimum emal paylarının fərqi kimi təyin edlir.
Emal payları iki üsulla tıyin edilir: statistik və analitik.
Dostları ilə paylaş: |