MÖVZU 10. AVTOMOBİL VƏ AQREQATLARIN
YIĞIM TEXNOLOGİYASI
Avtomobilin istehsal prosesinin sonuncu mərhələlərindən biri yığma prosesləridir.Yığma prosesinin başa çatması nəticəsində avtomobil və aqreqatlar hazır məhsul kimi məmulata çevrilir.
Avtomobil mürəkkəb bir sistem olub birlikdə fıaliyyət göstərən müxtəlif elementlərdən ibarətdir. Yiğma prosesinin texnoloji prinsipinə uyğun olaraq avtomobilin elementlərinə: hissələr, qruplar, düyünlər və aqreqatlar aid edilir.
Hissə və düyünlərin komplektləşdirilməsi
Avtomobillərin istehsal texnoligiyasının ən vacib proseslərindən biri hissələrin komplektləşdirilməsidir. Bu proses düyün, qovşaq, aqreqat və avtomobilin yığılmasından əvvəl aparılır.
Komplektləşdirmə dedikdə məmulatı (aqreqatı) yığmaq üçün lazım olan hissələrin komplekt halında seçilməsi nəzərdə tutulur.
Komplektləşdirmə hissələrin ölçülərinə, kütləsinə və tarazlığın təmin edilməsinə görə aparılır.
Hissələrin komplektlər üzrə seçilməsində üç üsuldan istifadə edilir: ədədi, qrup halında və qarışıq.
Ədədi seçmə üsulundan istehsal proqramı kiçik olan zavodlarda istifadə edilir. Məsələn, gilzə görə porşenin seçilməsi. Belə seçmə qovşaq cütündə ara boşluğuna görə aparılır.
Qrup halında komplektləşdirilən hissələrə misal olaraq gilzləri, poşenləri, porşen barmaqlarını, .pluncer cütlərini, dirsəkli valları və s. göstərmək olar.
Qrup halında seçmə zamanı qovşaq cütünün hər iki hissəsinin ölçülərinin müsaidə sahələri əvvəlcədən bir neçə intervala bölünür. Hissələr isə bu intervallara uyğun ölçü qruplarına görə seçilir.Sonra hərf,rəqəm və ya rənglə nişanlanıt. Məsələn, gilzlər, porşenlər, porşen barmaqları, dirsəkli vallar, pluncer cütləri və s. hissələr qrup halında komplektləşdirilir.
Qarışıq komplektləşdirmədə hər iki üsuldan istifadə edilir.
Dostları ilə paylaş: |