Avtomobilin etibarlığı – istismar göstəricilərini verilən hədlərdə, tələb olunan vaxt intervalı və ya yürüş ərzində, verilmiş istismar şəraitində saxlayaraq öz funksiyasını yerinə yetirmə xüsusiyyətinə deyilir. Avtomobilin etibarlığı onun keyfiyyəti ilə sıx əlaqədardır.
Avtomobilin keyfiyyəti – onun təyinatı üzrə istifadə edilməsi üçün yararlığını təyin edən xüsusiyyətlər yığınına deyilir.
Avtomobilin keyfiyyətini xarakterizə edən istismar xüsusiyyətlərinə misal olaraq dinamikliyi, idarə olunma qabiliyyətini, yanacaq qənaətliyini, dəyanətliyi, manevr etmə qabiliyyətini və s. göstərmək olar.
Dostları ilə paylaş: |