Avtomobilin saxlanma qabiliyyəti – texniki sənədlərdə göstərilən istismar göstəricilərini nəql etmə və saxlanma müddətləri ərzində və sonra qoruyub saxlama xüsusiyyətinə deyilir.
Avtomobilin saxlanma qabiliyyəti imtinasızlıq göstəriciləri ilə xarakterizə edilir.
Avtomobilin təmirəyararlığı – imtina və nasazlıqların texniki qulluq və təmir aparmaqla baş vermə səbəblərini aşkar etməyə və aradan qaldırmağa imkan vermə xüsusiyyətinə deyilir.
İmtinaların aradan qaldırılması dedikdə, avtomobilin iş qabiliyyətinin bərpası nəzərdə tutulur.
Təmirəyararlığ göstəricilərinə aşağıdakılar aiddir: orta bərpa müddəti, bərpalar axınının parametri, verilən vaxt ərzində bərpa olunma ehtimalı, hazırlıq əmsalı, texniki istifadə əmsalı və imtinaların mürəkkəblik əmsalı.
Dostları ilə paylaş: |