Mövzu 15. SÖKMƏ PROSESLƏRİNİN TEXNOLOGİYASI
Aqreqatların təmirə qəbulu.
Aqreqatların təmirə qəbulu obyekti təmirə göndərən təşkilat tərəfindən verilən sənədə: akt və ya arayışa əsasən aparılır.
Təmirə qəbul edilən aqreqat tam komplekt halında olmalıdır. Onların komplektliliyi standarta əsasən təyin edilir. Bu tələb həm təmirə qəbul edilən, həm də təmirdən təhvil verilən aqreqatlar üçün eynidir. İki növ komplektlilik nəzərdə tutulur.
Güc aqreqatları üçün yığım halında – birinci, dizel mühərrikləri üçün birinci, karbüratorlu mühərriklər üçün isə birinci və ikinci növ komplektlik qəbul edilmişdir.
Birinci komplektli mühərrikdə onun üzərində quraşdırılan bütün tərkib hissələri ilə, eləcə də ilişmə muftası, kompressor, ventilyator, sükan idarəsinin hidrogücləndiricisinin nasosu, yanacaq aparatları, yağlama və soyutma sistemlərinin cihazları, havatəmizləyici elektrik avadanlığı və s. olmalıdır.
İkinci komplektli mühərrik ilişmə muftası ilə yığım halında olur. Lakin onun üzərində ventilyator, su nasosu, kompressor, sükan intiqalının hidrogücləndiricisinin nasosu, havatəmizləyici, yağ süzgəci, su boruları, generator, starter, karbürator, yanacaq nasosu, yanacaq boruları, paylayıcı və alışdırma şamları olmur.
Qalan bütün aqreqatlar və düyünlər ancaq bir komplektliliyə malik olurlar. Bunlar təmirə qəbul edilərkən və təmirdən təhvil verilərkən istehal edən zavod tərəfindən qoyulmuş komplektlilikdə olmalıdır.
Baza və əsas hissələri silinməyə məruz qalan - yararsız olan aqreqatlar təmirə qəbul olunmur.
Təmirə qəbul edilən aqreqatlar çirkdən və tozdan təmizlənmiş və yuyulmuş olmalıdır.
Təmir fondu. Təmirə qəbul edilən aqreqatlar təmir fondu anbarına göndəilir.
Əsaslı təmirin səmərəliliyi təmir fondunun vəziyyətindən, keyfiyyətindən və komplektliliyindən xeyli asılıdır.
Təmir fondunun vəziyyəti avtotəmir istehsalının texniki –iqtisadi göstəricilərinə böyük təsir göstərir.
Dostları ilə paylaş: |