Qüsurlaşdırma dedikdə hissələrin bütövlüyünü pozmadan onların qüsurlarının aşkar edilmə metodları və üsuları nəzərdə tutulur.
Qüsur dedikdə məmulatın yararlılıq dərəcəsini xarakterizə edən hər hansı bir parametrinin normativ sənədələrdə (texniki şərtlərdə və ya işçi çertyocunda) göstərilən qiymətlərdən meyllənməsi nəzərdə tutulur.
Qüsurlaşdırma prosesində əsas məqsəd hissələrin texniki vəziyyətini müəyyən edərək onları üç qrupa: tam yararlı, bərpa oluna bilən və yararsız qruplara çeşidləməkdən ibarətdir.
Qüsurlaşdırma prosesində hissələr həmçinin bərpa marşrutları üzrə də çeşidlənir.
Hissələrin qüsurlaşdırılması onlara xarici baxış nəticəsində xüsusi alət, tərtibat, cihaz və avavdanlığın köməyi ilə aparılır.
Avtotəmir istehsalının təşkilində böyük rol oynayan göstəricilərdən biri də hissələrin:
- yararlılıq,
- bərpa və
-əvəvzolunma əmsallarıdır.
Yaralılıq əmsalı eyni qrupdan (eyni adda) olan qüsurlaşdırma və çeşidləmə nəticəsində müəyyən edilmiş yararlı hissələrin sayının həmin qrupdan olan bütün hissələrin sayına olan nisbətilə təyin edilir.
burada ny - yararlı hissələrin sayı, N - qüsurlaşdırma keçmiş eyni adlı hissələrin ümumi sayı.
Əvəz olunma əmsalı qüsurlaşdırma keçmiş yararsız hissələrin bütün hissələrinin sayına olan nisbəti ilə təyin edilir.
Kəv
nəv - əvəz olunan yararsız hissələrin sayı
Bərpa əmsalı qüsurlaşdırma keçmiş ümumi hissələrdən bərpa olunacaq hissələrin miqdarını xarakterizə edir.
nb - bərpa olunacaq hissələrin sayı
burada N=ny+nəv+nb
Göstərilən əmsalların təyin edilməsi tələb olunan ehtiyat hissələrinin sayını və təmir işlərinin həcmini əvvəlcədən təyin etməyə imkan verir.
Qüsurlaşdırma və çeşidləmənin nəticələri hissələrin uyğun rənglərdə markalanması ilə başa çatdırılır. Burada yararlı hissələr yaşıl, yararsız hissələr qırmızı, bərpa olunacaq hissələr isə sarı rənglə nişanlanır.
Buraxıla bilən yeyilmənin təyini. Texniki şərtlərin tərtib edilməisndə ən böyük çətinlik hissənin buraxıla bilən ölçülərinin təyin edilməsidir.
Məsələn, əsaslı təmir zamanı valın buraxıla bilən ölçüsü aşağıdakı kimi təyin edilir
dbb=dn-Ubb,
burada dn – təzə valın diametri, mm; ubb - valın buraxıla bilən yiyilməsi, mm.
Dostları ilə paylaş: |