Lüminessent( flüoressent) metodu. Bu üsuldan əlvan, qara və qeyri-metal materillarından olan hissələrdəki xarici çatları aşkar etmək üçün istfiadə edilir. Üsulun mahiyyəti belədir. Yoxlanacaq hissələr təmizləndiklən və yağsızlaşdırıldıqdan sonra 800S temperatura qədər qızdırılmış fluoressent (ultrabənövşəyi şüaların təsiri altında işıqlanan) mayesi olan vannaya salınır və 10-15 dəq. saxlanılır və ya həmin maye fırça ilə detal üzərinə yaxılır.
Flüoressent mayesi kimi açıq rəngli transformator yağı və ya vazelin yağı 0,25 l, ağ neft 0,5 l, benzin 0,25 l və 0,25 q rəng maddəsi (yaşıla çalan qızılı defektol) istifadə edilir. Hazırlanmış məhlul ultrabənövşəyi şüalarla işıqlandırıldıqda sarımtıl-yaşıla çalan parlaq rəng verir.
Dostları ilə paylaş: |