Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Mövzu 18. təzyiq üsulu ilə hissələrin bərpası



Yüklə 190,69 Kb.
səhifə79/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   112
Mövzu 18. təzyiq üsulu ilə hissələrin bərpası
Hissələrin təzyiq üsulu ilə bərpası metalın plastiklik xüsusiyyətinə əsaslanır.

Metalların plastikliyi onların müəyyən şəraitdə təzyiq (yük) altında dağılmadan öz forma və ölçülərini dəyişmə qabiliyyətinə deyilir.

Hissələrin plastik deformasiyası soyuq və isti halda preslərdə və xüsusi tərtibatlarda aparılır. Plastik deformasiya zamanı metalın strukturası dəyişmir.

Hissələrin soyuq halda plastik deformasiyaya uğradılması böyük qüvvə tələb etdiyindən, bərpa zamanı hissələri çox vaxt qızdırırlar. Ərimə temperaturunun 0,8-0,9 hissəsinə qədər qızdırmaqla hissələrin bərpası üçün sərf olunan qüvvəni xeyli azaltmaq olar. İsti halda plastik deformasiyadan sonra hissələr təkrar termiki emala uğradılmalıdır.

Nöqsan cəhətlərinə, hissələrin mexaniki xüsusiyyətlə­rinin dəyişməsi, qızdırıldıqda termiki emalın pozulması, qızdırmaya və sonrakı termiki emala əlavə xərclərin sərf olunması, çatların əmələ gəlməsi ehtimalı aid edilə bilər. Qeyri plastik materialları və möhkəmlik ehtiyatı az olan mürəkkəb konfiqurasiyalı hissələri təzyiqlə bərpa etmək mümkün olmur.

Təzyiqlə bərpa üsulu aşağıdakı məqsədlər üçün istifadə edilir:

1) yeyilmiş səthlərin ölçülərinin bərpasında;

2) deformasiyaya uğramış hissələrin formasının bərpasında;

3) hissələrin materialının mexanki xüsusiyyətlərinin bərpasında.

Hissələrin təzyiqlə bərpası zamanı aşağıdakı tələblər yerinə yetirilməlidir:



  • hissənin bərpa olunmayan bütün səthlərinin, forma və ölçülərinin saxlanması;

  • hissənin bərpasından sonra onun mexaniki xüsusiyyətlərinn təzə hissədə olduğundan aşağı olmaması;

  • mexaniki və termiki emal işlərinin həcminn az olmasının təmin edilməsi.

Kimyəvi saf metallar daha böyük plastikliyə malikdir. Metalda müxtəlif legirləşdirici elementlərin olması hissənin deformasiyaya qarşı müqavimətini artırır.

Karbonlu poladları isti halda deformasiyaya uğratdıq­da qızdırma temperaturunu 350-650S arasında götürmək məsləhət görülür. Yalnız bu hədlərdə hissənin plastiklik qabiliyyəti yüksək olur.

Hissələrin isti halda təzyiqlə emalı zamanı çəkiclərdən, soyuq halda emalında isə preslərdən istifadə olunur.

Deformasiya prosesindən sonra aparılan işlərə bərpa olunan səthlərin mexaniki emal etməklə tələb olunan ölçülərə çatdırılmasını və lazım gəldikdə termiki emala uğradılmasını aid etmək olar.



Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin