Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə95/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   112
Detonasiyalı metalaşdırma.

Metal örtüklərinin çəkilməsində detanasiya metodu asetilen və oksigen qazları qarışığının partlayışı nəticəsində əldə edilən energiyə əsaslanır. Metallaşdırma zamanı apparatın lüləsinin kamerinə (borusuna) müəyyən nisbətdə asetilen və oksigen qaz qarışığı (partlayıcı) doldurulur. Bu zaman aparatın kamerası su ilə soyudulur.

Qarışığı alışdımazdan əvvəl kameraya azot şırnağı ilə təsirsiz (qazla) kiçik dənələnmiş – 50-100 mkm. ölçüdə səthə çödürülən metal tozu doldurulur. Qaz qarışığı elektirk qığılcımı ilə alışdırılır.

Toz hissəcikləri partlayış dalğası nəticəsində 75 mm məsfədə 800 m/s sürətlə bərpa olunan səthə çökdürülür.

Hissənin səthinə zərbə ilə dəyərkən hissənin kinetik enercisi istilik enercisinə çevrilir. Bu zaman tozun hissəcikləri 4000S qədər qızır. Nəticədə hissəciklər bərk haldan maye və ya plastik hala keçərək səth üzərində örtük təbəqə əmələ gətirir.

Hər bir tsikl ərzində hissənin səthi üzərinə 6 mkm qalınlığında metal təbəqə çökdürmək olur. Bu proses bir saniyə ərzində avtomatik olaraq 3-4 dəfə təkrar olunur. Hər tsikldən sonra apparatın lüləsi azotla üfürülərək təmizlənir. Lülənin ucundan bərpa olunan səthə qədər olan məsafə 250 mm-dən çox olmamalıdır.

Örtük təbəqəni istənilən materialdan almaq olar: metallardan, bərk ərintilərdən, oksidlərdən, bərk ərinti birləşmələrindən və s. Təyinatından asılı olarq korroziyaya qarşı, yeyilməyədavamlı, istiliyə davamlı xüsusiyyətlərə malik örtük təbəqələri çəkmək olur.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin