Hissələrin xromlanması.
Avtotəmir istehsalında qalvanik proseslərdən ən geniş tətbiq olunanı xromlamadır. Xromlamadan yeyilmiş hissələrin bərpasında, antikorrozia və dekorativ örtüklərin çəkilməsində istifadə edilir.
Xromlama səthi yüksək bərkliyə, yeyilməyə – davamlığa malik olan az yeyilmiş hissələri (pluncer cütlərini, porşen barmaqlarını, silindrləri və s.) bərpa etmək üçün istifadə edilir. Elektrolitik xrom yüksək turşuya və istiliyə davamlı olmaqla bərabər, həm də istənilən metalla möhkəm birləşmə qabiliyyətinə malikdir.
Xrom örtüklərinin xüsusiyyətləri xromlama recimindən, xüsusilə cərəyanın sıxlığından (Dk) və elektrolitin temperaturundan asılıdır. Bu parametrləri dəyişməklə müxtəlif xüsusiyyətə malik üç növ xrom örtüyü almaq olar: boz, parlaq və ağ rəngdə.
Xrom örtüklərinin çəkilməsi hissələrin yorulma möhkəmliyini 20-30% azaldır, buna səbəb daxili gərginliyin əmələ gəlməsidir.
Dostları ilə paylaş: |