Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Mövzu : 2.1 Azərbaycan Respublikasının ərazisi üçün, xarakterik olan təbii



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   98
Müh 2016

Mövzu : 2.1 Azərbaycan Respublikasının ərazisi üçün, xarakterik olan təbii 
fəlakətlər. (Seminar) 
Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, fəlakətli subasma (daşqın), 
sürüşmə və uçqunlar, təbii yanğınlar, epidemiyalar, epizotiyalar, marxal kimi təbii 
fəlakətlər baş verə bilər. Bunlardan ən dəhşətlisi zəlzələdir. 
1.Zəlzələ 
– yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və 
ya, yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə 
ötürülən elastiki titrəyişlərdir. 
Zəlzələnin aşağıdakı növləri mövcuddur:
• Tektonik (yer qabığının dərinliyində, litosfer tavalarda baş verən çatlar və ya 
yerdəyişmələrdən əmələ gələn təkanlar);
• Vulkanik; 
• Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəmə zəlzələlər; 
• Sualtı; 
• Metioritin yerə düşməsi nətijəsində yaranan zəlzələlər;
• Planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən 
zəlzələlər. 
 Zəlzələ ocağının yerin altındakı mərkəzi
- hipomərkəz (hipo-dərin deməkdir), 
onun yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır. 
Epimərkəzin ətrafında zəlzələ zamanı ən güclü təkanlar hiss edilən sahəyə – 
episentral sahə deyilir. 
Zəlzələnin yaratdığı titrəyiş, zəlzələ ocağından və ya, epimərkəzdən yerin səthi 
üzrə, hər tərəfə yayılır ki, bunlar 
elastiki (seysmik) dalğalar adlandırılır. 
 Zəlzələ gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər
– 
zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ 
enerjisinin intensivliyidir.
Maqnituda 
– zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0- 
dan 8,5 - dək olan hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti 
kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün, 
Rixter şkalasından
istifadə 
edilir ki, bu şkaladada, hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş 
enerjisinin yüz qat artığına müvafiqdir. Zəlzələ ocağının dərinliyi – müxtəlif 


seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, 
ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur. Yer səthində zəl 
zələ enerjisinin intensivliyi, on iki ballıq şkala üzrə cədvəl) ölçülür.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu 
tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə, 
bütün ərazisi 12 ballıq şkala üzrə, əsasən 8 (dağıdıcı) baladək, bəzi zonaları isə, 9 
(viranedici) bal gücündə zəlzələ ehtimallı region hesab olunur. Bu da, zonalarla 
ərazinin 4/1-ni əhalinin isə, 20 %-ni təşkil edir.
Qeyd olunanları nəzərə alaraq, respublikamızın ərazisi aşağıdakı zonalarla 
müəyyən olunur:
- Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 bal güclü zəlzələ 
zonası; 
- Respublikanın şimal Xəzəryanı sahilində, Dərbənd seysmik zonasının davamı 
sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güclü zəlzələ zonası. Bu sahənin 
dəniz akvatoriyasında 7-8 bal güclü zəlzələlər daha tez-tez baş verir, lakin bunlar 
sahilə 5-7 bal gücündə çatır;
- Böyük Qafqazın cənub yamaclarında yerləşən 9 bal güclü Şamaxı, İsmayıllı- 
Balakən zəlzələ zonası. Burada belə zəlzələ 1000 ildən bir, zonanın mərkəzi 
hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir; 
- Kiçik Qafqaz dağlarının 9 baladək gücü olan Gəncə-Göygöl zonası. Burada 8-9 
bal gücündə zəlzələ 1000 ildən bir, onun mərkəzi hissəsində isə, hər 100 ildən bir 
ehtimal olunur;
- Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 bal ehtimallı zəlzələ zonası 
əhatə edir;
- Talış zonası da, yüksək seysmik təhlükəli rayon hesab edilir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin