Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   98
Müh 2016

1954-cü ildə
Berlində Mülki Müdafiə üzrə 
ikinci Beynəlxalq 
Konfrans 1957-ci
ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, “Cenevrə 
regionu Assosiasiyası” (qeyri-hökumət təşkilatı) 
Beynəlxalq Mülki Müdafiə 
Təşkilatına
çevrildi.
BMMT-nın yeni statusuna müvafiq olaraq, 
1958-ci ildə
Cenevrədə Mülki Müdafiə 
üzrə 
üçüncü Ümumdünya
Konfransı
çağırıldı. Konfransda 33 ölkədən 130 
nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, 
müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin 
beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. O 
dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə 
nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından mühafizə üçün 
sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. Mülki Müdafiə işçilərinə 
Beynəlxalq status verildi.
1966-cı il oktyabrın 17-də
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində 
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun 
məqsədi –fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların 
əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə 
həyata keçirilməsini təşkil etmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda 
zərərçəkənlərə yardım göstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa 
fövqəladə hadisələrin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər 
beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və 
bütünlükdə cəmiyyətin inkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda 
mübarizə aparır. 
BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakçı ölkələrin 
nümayəndələrindən seçilir. Məclis 2 ildən bir, təşkilatın icraçı orqanı isə ildə bir 
dəfədən az olmayaraq toplanır və müvafiq komissiyalar yaradaraq təşkilatın 
mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi 
Katiblik rəhbərlik edir.
BMMT insanların həyatını və əmlakını mühafizə, yerli və hökümətlərarası 
səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də insanlar 
tərəfindən törədilən hər cür bədbəxt halların qarşısının alınması sahəsində geniş 
fəaliyyət göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan dilləridir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin