Tam sanitariya təmizlənməsi – bədənin hər yerinin radioaktiv və zəhərləyici
maddələrdən həmçinin bakterial vasitələrdən təmizlənməsinə deyilir. Tam
sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində ya da
xüsusi düzəldilmiş yuyunma məntəqələrində həyata keçirilir və alt paltarları
mütləq dəyişdirilir.
Observasiya – epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını
almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-
profilaktika tədbirləri sisteminə deyilir. Bu zaman həkimin göstərişi ilə yaşayış
yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı,
ayaqqabını, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya edirlər.
Observasiya həmçinin karantin zonasının bilavasitə təmas xəttində tətbiq edilir.
Observasiya rejiminə aid olan tədbirlər aşağıdakılardır: -giriş və çıxışın maksimum məhdudlaşdırılması, həmçinin zədələnmə ocağından
əmlakın yalnız epidemioloji baxışdan sonra çıxarılması;
-qidalanma və su təchizatına tibbi nəzarətin gücləndirilməsi;
-zəhərlənmiş ərazidə hərəkətin məhdudlaşdırılması;
-insanlar arasında ünsiyyətin məhdudlaşdırılması.
Bioloji (bakterioloji) silahın təsirinə bilavasitə məruz qalmış rayonda hakimiyyət
orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilir və həmin rayona gediş-
gəliş qadağan edilir.
Karantin – bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının
qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən,
epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantin zonasının
sərhədlərində mühafizə və patrul xidmətləri yaradılır. Ərazidə olan obyektlərdə
daxili komendant xidməti təşkil edilir. İnsanların, heyvanların və əmlakın
çıxarılmasına qadağa qoyulur. Karantin zonasına daxil olmağa yalnız bioloji
vasitələrin nəticələrinin aradan qaldırılması və tibbi yadımın göstərilməsi üçün
gələn tibbi heyətə və MM xüsusi dəstələrinə icazə verilir. Karantin dövründə
əhalinin vəzifəsi qoyulmuş qaydalara ciddi riayət etməkdir.