Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Mikroblar, toksinlər və onların xassələri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   98
Müh 2016

Mikroblar, toksinlər və onların xassələri.
Təbiətdə saysız-hesabsız 
mikroorqanizmlər vardır, lakin onlardan bəziləri canlılar arasında xəstəlik törədə 
bilirlər. Onlara xəstəlik törədən mikroblar və yaxud 
patogenlər
deyilir. 
Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə malik deyillər və 
saprofitlər
adlanır. 


Yoluxucu xəstəliklər müəyyən patogen mikroblar tərəfindən törədilir. Onların əsas 
nümayəndələri: Bakteriyalar, Viruslar, Riketsiyalar, Göbələklərdir. 
Bakteriyalar
– sadə bölünmə yolu ilə çoxalan birhüceyrəli mikroorqanizmlərdir 
və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici bakteriyalar taun, vəba, 
sibir xorası, tulyaremiya, qarın yatalağı, təbii çiçək, qızılca və başqa yoluxucu 
xəstəliklər törədə bilirlər. 
Viruslar
– bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər. 
Adi qidalı mühitdə onları yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir, 
qrip və quduzluq kimi xəstəliklərin törədiciləridir. 
Riketsiyalar 
– viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara yatalaq 
xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar. 
Göbələklər
müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər 
(bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda aktinomikoz 
(dəri xəstəlikləri) xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif 
göbələk xəstəliklərinə rast gəlmək olur. 
Bakterioloji silahların tətbiqi zamanı
 
insanlar – yoluxmuş hava ilə nəfəs alarkən, 
yoluxmuş ərzaq və sudan istifadə etməklə, habelə yoluxmuş həşərətların dişləməsi 
və xəstə adamlarla təmasda olmaq nəticəsində xəstələnə bilərlər. 
İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı xarici 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin