əlamətlərə görə təyin edə bilər: - döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;
-binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya
qatı maye şəkilli maddələrin olması;
-ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;
-mərmilərin, konteynerlərin və ya müxtəlif bağlama və qabların düşdüyü yerlərdə
çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;
- -əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev
heyvanlarının və quşların qəflətən kütləvi qırılması və ya xəstələnməsi də
bakterioloji vasitələrin tətbiq olunduğuna dəlalət edə bilər.
Düşmən həmçinin təxribatlar yolu ilə xəstəlik törədən bakteriyalar yaya bilər. Bu
məqsədlə müxtəlif ampullardan, xüsusi cihazlardan və püskürdücü qurğulardan
istifadə etmək mümkündür.
Vəba ağir gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi
vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala
bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1- 3 gündür. Əsas
əlamətləri – qusma, ishal, qıcolmalardır. Qusuntu və nəcis düyü həlimini xatırladır.
Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 35,0 –dən aşağı düşür.
Ağır hallarda ölüm baş verir.
Qarayara – kəskin yoluxucu xəstəlikdir. Təbii şəraitdə qarayara əsas etibarı ilə
kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara
heyvanlardan keçir. Bu mikrob sporunun xarici mühitdə çox davamlılığı, müxtəlif
yollarla keçib insanı və heyvanları yoluxdurma qabiliyyətinə malik olması və ölüm
hallarının yüksək olması qeyd olunur. Qarayara törədicisini ilin bütün fəsllərində
su təchizatı məbələrini, otlaqları, yemi, mal-qara sürülən yolları və başqa
obyektləri zəhərləmək yolu ilə tətbiq etmək olar. Xəstəliyi yaymaq üçün
yoluxdurulmuş həşəratlardan və aerozol halına salınmış törədicinin spor
formasından istifadə edirlər. Nəticədə heyvanların kütləvi surətdə xəstələnməsi
mümkündür.