Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitələrindən fərqlənir. Onlar
hava ilə müxtəlif tikililərə, zirehli texnikaya və digər döyüş texnikasına daxil olur
və onlarda olan insanlara zədələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif
obyektlərdə uzun müddətə öz zəhərləyici təsirini saxlaya bilir; böyük həcmli hava
kütlələri ilə böyük sahələrə yayılaraq onların təsir sferasında olan bütün mühafizə
olunmayan insanlara zədələyici təsir göstərir; ZM buxarları külək istiqamətində
kimyəvi silahın bilavasitə tətbiq edildiyi sahədən çox uzaq məsafələrə yayılır.
Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir: buxar, aerozol,
damcı.Kimyəvi silah tətbiq olunan rayonlarda kimyəvi zəhərlənmə ocağı yaranır.
Dostları ilə paylaş: