Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə27/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   98
Müh 2016

Kimyəvi zəhərlənmə ocağı
– o əraziyə deyilir ki, kimyəvi silahın və ya güclü 
təsirli zəhərləyici maddələrin təsiri nəticəsində orada əhalinin, heyvanların və 
bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM ilə 
bilavasitə zəhərlənən əsas zonaya və ZM-n buxar aerozolları yayılan ikinci zonaya 
bölünür. 
Zəhərləyici maddələr aşağıdakı məqsədlərlə tətbiq olunur: 
• canlı qüvvənin tam məhv edilməsi və ya müvəqqəti olaraq sıradan çıxarılması -
əsasən sinir-ifledici ZM bu məqsədlə tətbiq olunur; 
• canlı qüvvənin müəyyən müddət ərzində mühafizə tədbirləri yerinə yetirməsini 
görə manevr etməsini çətinləşdirmək, atəşin sürətini və dəqiqliyini azaltmaq 
üçün—bu məqsədlə sinir-iflicedici və dəri-zədələyici təsirli ZM tətbiq olunur; 
• düşmənin döyüş zamanı uzun müddətə mübarizəsini çətinləşdirmək və şəxsi 
heyətin itkisini artırmaq məqsədilə—davamlı ZM tətbiq edilir; 
• ərazini zəhərləməklə rəqib qüvvələri döyüş pozisiyasını tərk etməyə vadar etmək 
məqsədilə. 
Kimyəvi silahın tətbiqi vasitələri aşağıdakılardır: 
• kimyəvi raketlər; 
• reaktiv qurğular; 
• kimyəai reaktiv və artilleriya mərmi və minaları; 
• kimyəvi aviasiya bombaları və kassetləri; 
• kimyəvi fuqaslar; 
• qranatlar; 
• zəhərli tüstü bombaları və aerozol generatorları; 
• püskürdücü aviasiya cihazları və s. 
Partladıcının tipindən asılı olaraq 
kimyəvi aviasiya bombaları
zərbə və məsafədən 
təsir növlərinə bölünür. Birincilər torpağa və ya digər maneələrə toxunduqda 
parlayır, ikincilər müəyyən hündürlükdə havada partlayır. 
Az kalibrli bombalar kassetlərdə tətbiq olunur. 
Püskürdücü aviasiya cihazları
nazik divarlı metaldan hazırlanmış rasional 
rezervuar olub tutumu bir neçə yüz litrə qədərdir. Rezervuarlara maye halında ZM 
doldurulur, tətbiq edilərkən damcı-maye halında torpağa çökür, həmin ərazidə fərdi 
mühafizə vasitəsi olmayan və sığınacaqlardan kənarda olan insanları zəhərləyir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin