qurğulara malik müəssisələr, ilk növbədə yeyinti sənayesi (meyvə-tərəvəz, ət-yağ,
balıq və digər ərzaq ehtiyatlarını) saxlayan nazirliklərin və idarələrin soyuducu
qurğuları və bazaları; - GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün
xüsusi yerləri olan dəmir yolu stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının
dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları saxlanılan
xüsusi anbar və bazalar; -kənd təsərrüfatında işlədilən kimyəvi maddələr ehtiyatı
saxlanılan anbarlar və bazalar.
Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri
nəzərdən keçirək.
Ammonyak
NH
3
– sənayedə nitrat turşusu, ammonium nitrat və ammoniumsulfat,
maye gübrələr, karbamid (sidik cövhəri) və soda istehsal etmək üçün; parçaların
boyanmasında üzvi sintez üçün; soyuducu qurğularda soyuducu maddə kimi və
güzgülərin gümüşlənməsi işlərində tətbiq edilir. Suların, ağ neftin və bir sıra
mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında
ammonyaka təsadüf edilir. O həmçinin təmizlənməmiş asetilenin içində də olur.
Dostları ilə paylaş: