– bikarbonat məhlulu ilə yumalı. Ürək zəifliyində – strofantin verməli, 0,1%-li
strofantin ilə qlükoza məhlulu vurmalı.
Zərərsizləşdirmə üsulları. Xloru neytrallaşdırmaq üçün deqazasiya maddəsi olaraq
qələvilərin suda məhlulu, natrium-hiposulfit, söndürülmüş əhəng və ya 1:120
nisbətində (1 ton xlor üçün 120 ton su) su işlədilməlidir.
Sulfit anhidridi
(kükürd 2-oksid)
SO
2
xarakterik kəskin iyli və şirintəhər dadlı
rəngsiz qazdır, sənayedə sulfat turşusu və natrium sulfat hazırlamaq üçün xammal
kimi, yunun, ipəyin, qarğıdalı ununun, əncirin, şəkərin ağardılması üçün, meyvə və
giləmeyvələrin konservləşdirilməsində, soyuducu maddə kimi və dezinfeksiya
məqsədi ilə istifadə olunur.
Fiziki-kimyəvi xassələri.
Sulfit anhidridi otaq temperaturunda 4-5 atmosfer təzyiq
altında rəngsiz maye halına keçir. Suda, spirtdə, sirkədə, sulfat turşusunda və efirdə
həll olunur. Nəm sulfit anhidridi adi temperaturda H
2
S (hidrogen sulfid) ilə
reaksiyaya girərək tamamilə quru, reaksiyalara qoşulmayan kükürd əmələ gətirir.
Açıq havada tüstülənir. Təzyiq altında mayeləşdirilmiş halda sisternlərdə daşınır.
Dostları ilə paylaş: