Əhalinin kimyəvi zədələnmə ocağında hərəkət və davranış qaydaları.
Zəhərləyici maddələrin təsiri nəticəsində, insanların, heyvanların və ya bitkilərin
zədələnməsinə səbəb olmuş ərazi—kimyəvi zədə ocağı adlanır.
Müasir ZM yüksək toksiki təsir xüsusiyyətinə malik maddələrdir. Ona görə də
vaxtında ZM zədələnmənin qarşısını alan tədbirlər görülməlidir. Buna görə də
düşmənin kimyəvi silah tətbiq etməsini bilmək üçün zədələnmə əlamətlərini
öyrənmək lazımdır.
Düşmən təyyarəsinin ardınca tünd, tez çökən və seyrələn izin görünməsi, aviasiya
bombasının partladığı yerdə buludların boyanması, havada zəhərləyici maddənini
olmasını ehtimal etməyə imkan verir. Bundan başqa, ZM damcıları asfaltın
üzərində, binaların divarında, bitkilərin yarpaqlarında və digər əşyaların üzərində
yaxşı müşahidə olunur, həmçinin, yaşıllıq və güllərin solması, bitkilərin məhv
olması da ZM tətbiqinin ehtimal olunmasına imkan verir.
Düşmən tərəfindən kimyəvi silah tətbiqi əlamətlərini aşkar edən kimi («Kimyəvi
həyacan» siqnalı verilən kimi), dərhal əleyhiqaz, lazım gələrsə dəri mühafizə
vasitələrini geyinməli, yaxınlıqda sığınacaq varsa-onda sığınmaq lazımdır.
Sığınacağa daxil olmamışdan əvvəl istifadə edilmiş dəri mühafizə vasitəsi və üst
geyimi sığınacağın dəhlizində çıxardılır və orada qalır; bu tədbir ZM sığınacağa
gətirilməsinin qarşısını alır. Əleyhiqaz sığınacağa daxil olduqdan sonra çıxarılır.
Sığınacaqdan istifadə edərkən nəzərə almaq lazımdır ki, o yalnız dəri örtyünə və
paltara damcı-maye halında olan ZM düşməsinin qarşısını alır, havada buxar və ya
aerozol halında olan ZM-dən mühafizə etmir. Buna görə sadə sığınacaqlarda olan
zaman mütləq əleyhiqazdan istifadə etmək lazımdır.
Sığınacaqlarda olman zaman, çıxmağa icazə verilənə qədər orada sığınmaq
lazımdır. İcazə verildikdən sonra, tələb olunan mühafizə vasitələri geyinilməli və
zonadan çıxmaq üçün sığınacağı tərk etməlidirlər. Kimyəvi zədə ocağından çıxmaq
üçün, müəyyən istiqamətdə xüsusi işarələrlə işarələnmiş və post-məntəqələrdəki
tənzimləyicilərin göstərdiyi seçilmiş yollarla getmək lazımdır. Əgər işarələr və
məntəqələr yoxdursa, o zaman küləyin istiqamətinin əksinə getmək lazımdır. Belə
hərəkət edərkən ocağı daha tez tərk etmək olur, ona görə ki, küləyin istiqamətində
zəhərli hava buludu daha geniş ərazidə yayılır.
ZM zəhərlənmiş ərazidə tez hərəkət etmək lazımdır, lakin qaçmaq və toz
qaldırmaq olmaz. Binalara və ətraf əşyalara söykənmək olmaz, görünən ZM
damcılarını və ləkələrini tapdalamaq olmaz.
Zədələnmiş ərazidə əleyhiqazı və mühafizə vasitələrini soyunmaq olmaz. Əgər
ərazinin zəhərləndiyi məlum deyilsə, zəhərli ərazidəki kimi hərəkət etmək
lazımdır. Parklar, bağlar, bostanlar və çöllər ZM ilə zəhərlənmiş zonada olarsa, o
zaman belə ərazilərdə xüsusilə ehtiyatla hərəkət etmək lazımdır, çünki budaqlarda,
yarpaqlarda çökmüş ZM damcıları ayaqqabılarla və paltarlarla təmas zamanı
insanların zədələnməsinə səbəb ola bilər. Kimyəvi zədə ocağını tərk edərkən
mümkün qədər dərələrdən, vadilərdən, çəmənlikdən və bataqlıq yerlərdən uzaq
olmağa çalışmaq lazımdır-həmin yerlərdə ZM buxarlarının uzun müddət qalması
ehtimal olunur. Şəhərlərdə ZM buxarları qapalı kvartallarda, parklarda, həmçinin
binaların girəcəklərində, damlarında da uzun müddətə qala bilər. Zəhərli bulud
şəhərlərdə küçələr, tunellər və boru kəmərləri vasitəsilə yayılır.
Kimyəvi silah tətbiqindən sonra və ya zəhərlənmiq ərazidə ZM damcılarını və izini
paltarda, ayaqqabıda və ya mühafizə vaitələrinin üzərində aşkar edərkən, dərhal
onları tənzif və pambıq tamponları ilə silmək lazımdır; əgər tampon yoxdursa,
kağız və bez vasitəsilə təmizləmək lazımdır. Zədələnmiş nahiyələri kimya əleyhi
paketin içindəki universal deqazasiya məhlulu ilə təmizləmək və ya isti su və
sabunla yumaq lazımdır.
Ocaqdan çıxarkən yaşlı və əlil insanlara rast gələrkən onlara ərazidən çıxmağa
kömək edilməlidir. Zədələnmişlərə tibbi yardım göstərilməlidir. Ərazidən çıxan
kimi mümkün qədər tez bir zamanda tam sanitar təmizləməsi aparılmalıdır. Əgər
bunu tez etmək olmazsa qismən deqazasiya və sanitar təmizliyi edilməlidir.
Əgər zonadan çıxmaq mümkün olmazsa o zaman pəncərə və qapıları, tüstü
bacalarını, ventilyasiya dəliklərini örtmək, hermetikləşdirmək lazımdır. Giriş
qapısının qarşısına qalın pərdə və ya odeyal asmaq lazımdır. Pəncərələrin
çərçivələrinin arası leykoplastır, plyonka ilə bərkidilməlidir. O zaman CTZM
otaqlara daxil ola bilmir.
|