Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   98
Müh 2016

Təcriedici əleyhqazlar.
İP-4, İP-5 tipli təcridedici əleyhqazlar və ya KİP-5, KİP-7, 
KİP-8 tipli təcridedici oksigen cihazları insanın tənəffüs üzvlərini ətrafdakı 
havadan tamamilə təcrid edir. Nəfəs almaq üçün hopkalit (bərpaedici) patrondan 
alınan, yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur. Belə 
əleyhqaz və cihazlar, havada zəhərləyici maddələrin o cümlədən karbon 1-oksidin 
konsentrasiyası çox yüksək olan hallarda istifadə edilir. 
Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 1-oksidi (dəm qazını) udub 
saxlaya bilmir, buna görə də tənəffüs üzvlərinin karbon 1-oksiddən mühafizəsinin 
təmin edilməsi üçün xüsusi hopkalit patrondan istifadə olunur ki, bu patron 
əleyhqazın üzlük hissəsi ilə süzücü-uducu qutusu arasında qutuya burulub 
birləşdirilir. 
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əleyqaz və cihazlar iki qrupa 
bölünür: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. 
Birinci qrupa İP-4, İP-5 əleyhqazları, ikinci qrupa KİP-5, KİP-7, KİP-8 cihazları 
aiddir. 


Respiratorlar.
Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə 
aerozollarından (tozlarından) mühafizə üçün respiratorlardan istifadə olunur. ZM 
buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.
Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2d növlü respiratorlar mövcuddur. R-2 
respiratoru süzücü yarım maskadan ibarətdir, ondan dəfələrlə istifadə etmək və 12 
saatdək mühafizə olunmaq mümkündür. 
R-2d respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə 
malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir. 
Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan vasitədir. 
Məsələn, havasında çoxlu zəhərli toz olan zavodların işçiləri, eləcə də bitkilərin 
mühafizəsi üçün kimyəvi maddələr tətbiq elən tarlalarda mexanizatorlar üzlərinə 
respirator taxırlar. 
R-2 və R-2d respiratorları süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün 
qaytanlardan ibarətdir. Maskada 2 nəfəsalma klapanı, bir nəfəsvermə klapanı və 
burun sıxıcı var. Bərkidici qaytanlar maskanın kənarlarına bənd edilib. espiratorun 
çəkisi 50-60 qram olur və polietilen kisədə saxlanılır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin