İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya
əleyhinə radioprotektorlar işlədirir. Bu sistamin həbləri 4-cü yuvadakı 2 çəhrayı
penalın hər birində 6 ədəd miqdarında olur. Penallardakı dərmanı şüalanma
təhlükəsi yaranan zaman bilavasitə şüalanmadan 30-40 dəqiqə əvvəl 6 həb
dozasında qəbul edib üstündən su içir, şüalanma davam etdikdə isə 4-5 saatdan
sonra yenidən 6 həb qəbul edirlər.
6-cı yuvadakı penalda radioaktiv çirklənmə əleyhinə dərmanlar yerləşir. Kalium-
yodid və ya absorbentlər, radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv
maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv
maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir. Bunlar
radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez
çıxarılmasına imkan yaradır.
Orqanizmin nüfuzedici radiasiyaya, adətən ürək bulantısı və qusma ilə meydana
çıxan ilk reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir,
bu dərman qutunun 7-ci yuvasındakı göy rəngli penalda yerləşir.
Dostları ilə paylaş: