Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə52/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   98
Müh 2016

əhəmiyyətli tədbirlərə
daxildir : 
1) Etibarlı xəbərdarlıq sisteminin yaradılması;
 
2) Mühafizə qurğuları ehtiyatlarının yaradılması; 
3) Kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması, köçürülən 
əhalinin qəbulu və yerləşdirilməsi üçün şəhərdənkənar zonaların hazırlanması; 
4) Əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi
5) Mühafizə üsullarının əhaliyə ümumi və icbari qaydada öyrədilməsi; 
6) Ərzaq məhsullarının və suyun radioaktiv, kimyəvi, bakterial vasitələrdən 
mühafizəsinin təmin edilməsi
7) Radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya 
nəzarətinin təşkili; 
8) Rejimli və sanitariya-gigeyena tədbirlərinin, radiasiya əleyhinə tədbirlərin 
həyata keçirilməsi. 


Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsullarına 
daxildir: 
1)
Mühafizə qurğularında daldalanmaq; 
2)
Fərdi mühafizə vasitələrindən istifadə etmək; 
3)
Təhlükəli zonalardan köçmək.
  
 
Mülki müdafiənin mühafizə qurğuları.
İndiki dövrdə müasir kütləvi qırğın silahlarından insanların mühafizəsinin 
effektivliyi yalnız qoruyucu qurğuların birbaşa insanları qəbul etməsinə hazır 
olması və texniki sazlığı, mürəkkəb avadanlıqlarla təmin edilməsi ilə deyil, eyni 
zamanda qoruyucu qurğularda xidmət göstərən heyətin hazırlığından da asılıdır. 
Qoruyucu qurğuların xidməti heyəti hökmən müxtəlif ekstremal hallarda düzgün 
qərar qəbul etməyi bacarmalı və yaranan problemləri vaxtında, düzgun aradan 
qaldırmalıdır. 
Sığınacaqlarda insanların yerləşdirilməsinin planlaşdırılması, təşkili və təminatı 
müvafiq xidmətlər tərəfindən həyata keçirilir. Onlar planlaşdırıcı sənədləri işləyib 
hazırlamalı, qoruyucu qurğuları sexlər, şöbələr, iqtisadi obyekt xidmətləri arasında 
paylaşdırmalı, sığınacaqlara giriş marşrutlarını qeyd etməli, sığınacaqlardakı 
qaydalarla istifadəçiləri tanış etməlidir. 
Sənədlərin hazırlanmasından öncə sığınacağın tutumu və mühafizə qabiliyyəti 
dəqiqləşdirilməlidir. Onlar azlıq təşkil edəndə mühafizəedici xüsusiyyətə malik 
zirzəmilərdən və digər tikililərdən istifadə nəzərdə tutulmalıdır. Tez qurula 
biləcək sığınacaqların tikintisi üçün yerlər müəyyən edilməlidir. Sığınacaqlar 
əhalinin sayına uyğun olaraq bölüşdürülür. Bu zaman onların yaxınlıqdakı evlərdə 
yaşayan insanlarla dolması nəzərdə tutulur və əsas məqsəd - qısa müddət ərzində 
qoruyucu qurğuya daxil olmaqdır. 
Əhalinin və dövlətin istehsal gücünün kütləvi qırğın silahlarından, təbii 
fəlakətlərdən, istehsalat qəzalarından mühafizəsi mülki müdafiənin əsas 
vəzifələrindən biridir. Bu tapşırığın yerinə yetirilməsinin yollarından biri də 
iqtisadi istehsalat obyektlərində və yaşayış məntəqələrində insanların sığınması 
üçün müxtəlif tipli qoruyucu mühafizə qurğularının qurulmasıdır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin