Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   98
Müh 2016

vasitələrindən istifadə olunur.
Bunlara rabitənin növləri deyirlər. 
Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki çoxlu 
məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki Müdafiənin 
bütün strukturlarında geniş istifadə olunur. 
Səyyar rabitə vasitələri
xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ 
sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı 
qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, 
vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda 
isə hətta piyadalardan da istifadə edilə bilər. 
Siqnalla rabitə vasitələrindən
– əhalini xəbərdar etmək, habelə göstəriş və 
siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl 
sirenalarından, siqnal raketlərindən, yeni işıq və səs siqnalı verən vasitələrdən 
ibarətdir. 
MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur. 
Xəbərdarlıq sistemi dedikdə
, MM orqanlarına əhaliyə siqnal və göstərişləri 
çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur. 
Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq aparatları, radio-yayım (translyasiya) 
şəbəkəsi və sirenalar daxildir. Sistemin əsas vəzifəsi MM-in rəhbər heyətinə
qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini, obyektləri 
müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək, eləcə də 
bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə, təbii 
fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə 
çatdırmaqdır. 
Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qərargahın göstərişlərinə 
əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə 
növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir. 


Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü 
şəhərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və 
vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşməmiş rabitə dəstələri 
yaradılır. Xidmətin rəisi vəzifəsinə xidmət yaradılan müəssisənin, bölmənin (rabitə 
qovşağı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət yaratmaq üçün 
baza (rabitə qovşağı, telefon stansiyası və s.) olmayan obyektlərdə rabitə və 
xəbərdarlığın təşkil vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən birinə həvalə 
edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin planlaşdırılması, 
vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim hazır vəziyyətdə 
saxlanması, avadanlığın təmir olunması üçün cavabdehdir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin