Rabitə vasitələri AR ərazisində əhalinin təhlükə barədə xəbərdar edilməsi üçün şərti siqnal vasitəsi
elektrik sirenalarıdır. Onlar şəhərlərin, yaşayış məntəqələrinin ərazisində elə
yerləşdirilir ki, mümkün qədər hər tərəfə səsin yayılması təmin olunsun. Bu
məqsədlə C-40 sirenalarından istifadə olunur; onlar səsi şəhərdə 300-400 metr
radiusda yayır. Adətən, elektrosirena şəbəkəsi bir mərkəzdən idarə olunur.
Evdən kənar insanları xəbərdar edin digər effektiv sistem küçə səsgüsləndiriciləri
şəbəkəsidir. Onlar şəhər və yaşayış məntəqələrinin radiotranslyasiya şəbəkəsinin
əsas komponenti olub əhalinin xəbərdar edilməsinin vacib elementidir.
Təcrübədən məlumdur ki, əhalinin hamısının tam xəbərdar edilməsi mümkün
deyil. Həmçinin, xəbərdarlıq vasitəlirinin təhlükə barədə verdiyi siqnalları əhalinin
adekvat qəbul etməsi və verilmiş məlumata uyğun olaraq sonrakı davranış
qaydalarına əməl etməsinə əmin olmaq mümkün deyil. Bundan ötrü əhalinin
verilmiş xəbərdarlıq siqnallarını tanıması və onlara uyğun hərəkə etməsi üçün
maarifləndirilməsi lazımdır.
Əhalinin xəbərdar edilməsinin tam təmin olunması üçün siqnallar dəfələrlə təkrar
olunmalıdır və bütün xəbərdarlıq vasitələrindən istifadə olunmalıdır. Bu zaman
nəzərə almaq lazımdır ki, günün vaxtlarından asılı olaraq müxtəlif xəbərdarlıq
vasitələrinin effektivliyi dəyişir. Gecə vaxtı elektrik siqnalları və küçə
gücləndiriciləri, axşam vaxtı televiziya yayımı, gündüz elektrik siqnalları, küçə
gücləndiriciləri və radio yayımı şəbəkəsi daha effektlidir.
Əhalinin xəbərdar edilməsi və məlumatlandırılması üçün FH zamanı bütün yayım
növlərindən (kabel, radio və televiziya yayayımı) istifadə olunur, yanaşı olaraq
teleyayım səs siqnalları ilə müşayət olunur. Bu məqsədlə FHN xüsusi
apparaturasından istifadə olunur.
Xəbərdarlıq siqnalları və mətnlər əvvəlcədən yazılır və idarəetmə orqanlarında
saxlanılır. Bəzən FH zamanı «canlı yayım» idarəetmə orqanlarından birbaşa
aparılır.