Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   98
Müh 2016

«Hamının diqqətinə!»
xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid 
sistemi yaradılır. Təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan 
hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və 
televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən 
«Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Əldə olan xəbərvermə 
vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış 
maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava 
həyəcanı», «Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», 
həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu 
dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarına riayət olunmalıdir. 
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) 
xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir 
struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə 
hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan 
zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və 
təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir. 
Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn, kimyəvi 
təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin radiotranslyasiya 
(radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi 
kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları, küçələrdəki 
səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada elektrik 
sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil radio 
reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış 
qaydalarını elan etmək üçündür. 
Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya 
bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə 
bilər. Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış 
rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını 
almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür. 
Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon 
stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq 
daha məqsədə uyğundur. 
Lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «kimyəvi təhlükəli 
obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza 
hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat» 
mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən 
müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək 
radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də 


əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə malikdir. 
Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin 
rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə, 
tibb xidmətlərinin) növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların 
rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar 
komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir. 
MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki 
vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin