Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Fövqəladə vəziyyət zamanı xəbərdarlıq siqnalları



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə64/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   98
Müh 2016

Fövqəladə vəziyyət zamanı xəbərdarlıq siqnalları 
Gözlənilən, yaxud baş verən fəlakət barədə əhalini vaxtında xəbərdar etmək mülki 
müdafiənin ən əsas vəzifələrindən biridir. Qəza haqqında xəbər verməyin qaydası 
onun miqyası və yayılma surəti nəzərə alınmaqla müəyyən edilir. Ümumiyyətlə 
MM sisteminində aşağıdakı xəbərdarlıq siqnallarından istifadə edilir: 
1) hamıya diqqət 
2) hava həyəcanı 
3) hava həyəcanı sovuşdu 
4) kimya həyəcanı 
5) radiasiya təhlükəsi 
Lakın bütün hallarda təhlükə haqqında xəbərdağlığın əsas vasitəsi radio və 
televiziya şəbəkəsidir. Adamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal 
radio və televizorların ətrafına toplaşmasına nail olmaq üçün fövqəladə hallarda 
sirenlərdən, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları 
verilir. Belə siqnal «hamının diqqətinə» siqnalı adlanır. 
Bu həyəcan siqnallarını eşidən kimi hamı dərhal radio və televizorları qoşaraq 
hökümət orqanlarının, mülki müdafiə gərargahının fövqəladı hadisə barədə verdiyi 
xəbər və məlumatləri diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə birlikdə 
əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər, göstərişlər də verilir. 
Xəbərdarlıq siqnalları barədə qabaqcadan tam təsəvvür yaradılmalıdır. Hamı 
bilməlidir ki, xəbərdarlıq siqnalları sülh və muharibə dövründəki fəlakətlər zamanı 
verilir. Ancaq bunların biri digərindən fərqlənir və bunu əhalinin bilməsi vacibdir. 
Öncə qeyd edək ki, bir sıra təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək 
mümkündür. Məsələn, yaz daşqınlarının ehtimalı bir ay qabaqcadan bəlli olur və 
bu barədə müvafiq tədbirlər görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, 
bəzən 1-2 saat qabaq xəbər çatdırmaq olar. 
Belə bir vacib cəhətə də qeyd edək ki, müharibə zamanı adamlar hər cür ekstremal 
hallara qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə çevik hərəkət 
edirlər. 
Bilmək lazımdır ki, təbii fəlakətlərin, habelə qəzaların növündən və bu zaman 
yaranan konkret vəziyyətindən asılı olaraq «hamının diqqətinə» siqnalından sonra 
mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumat və göstərişlərin məzmunu 
müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli 
olmalı, cəld və mütəşəkkil davranmalıdır. 
Muharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə 
hakimiyyət orqanları verirlər. Bu xəbər radio və televiziya, mətbuat orqanları 
vasitəsilə əhaliyə çatdırılır. Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət 


çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur. 
Müharibə zamanı düşmənin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar 
işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xəbərdarlıq siqnalları verilir, 
bu məqsədlə radiodan, televiziyadan, bütün rabitə vasitələrindən, səs və işıq 
siqnllarından istifadə olunur. Belə hallarda «hamının diqqətinə» siqnalından sonra 
yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava 
həyacanı» qurtardı, «Radiasiya təhlükəsi», «Kimya həyəcanı» siqnalları verilə 
bilər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. 
Bu, tələfatı xeyli azalda bilər. 
Əgər uzun müddətli siqnallar verilərsə (elektrosirenalar, müəssisələrdən verilən fit 
səsləri və s.) bu «HAMİNIN DİQQƏTİNƏ» xəbərdarlıq siqnalıdır, ardınca 
məlumat verilməyini gözləmək lazımdır. Sonra yerli idarəetmə orqanları, FHN 
idarə etmə orqanları kütləvi informasiya vasitələrindən istifadə edirək baş verən 
FH barədə və yaranmış vəziyyətdə necə hərəkət etmək barədə məlumat verir. 
«HAMININ DİQQƏTİNƏ!» siqnalını eşidən kimi, dərhal radio və televizor 
elekrtik xəttinə qoşulmalıdır. 
Səs siqnalından sonra əhaliyə ekstren olaraq başvermiş FH, yaranmış vəziyyət, 
əhalinin davranış qaydaları barədə nitqlə məlumat verilir. Verilmiş məlumat və 
davranış qaydalarına uyğun hərəkət edilməlidir. 
FH aradan qaldırılması dövründə kümləvi informasiya vasitələri daima elektrik 
xəttinə qoşulu vəziyyətdə olmalıdır. Yerli radiotranslyasiya şəbəkələri fasiləsiz iş 
rejiminə keçirilməlidir. 
Əgər elektrik enerjisi olmazsa müstəqil enerji mənbəyindən istifadə edilməlidir. 
Hava həyəcanı siqnalı xəbərdarlıq edir ki, düşmənin hava basqını gözlənilir. Öncə 
sirenlər bunu «Hamının diqqətinə!» çatdırır. Sonra isə radio-televiziya ilə belə bir 
elan verilir. «Diqqət! Diqqət! Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! 
Vətəndaşlar, hava həyəcanıdır! Hava həyacanı bu elan! Bu elan bir neçə dəfə təkrar 
olunur. Əhalinin daldalanması barədə göstəriş verilir. 
Bu zaman evlərdə olanlar yubanmadan pəncərələri örtməli, qızdırıcı cihazları, işığı 
söndürməli və əvvəlcədən tədarük etdikləri ərzağı, suyu, mühafizə və təbii yardım 
vasitələrini götürüb ən yaxındakı sığınacaga getməlidirlər. İstehsalatda olan bütün 
aqreqatları dayandırılmalı, cərəyanı kəsməli və qabaqcadan müəyyən edilmiş 
qaydada hər bir briqada və növbə onlar üçün nəzərdə tutulmuş sığınacağa 
getməlidir. Əgər istehsalat rejiminə görə hər hansı aqreqatı, turbini, peçi, texnoloji 
xətti dayandırmaq mümkün deyilsə, onlar nisbətən təhlükəsiz iş rejiminə keçirilir, 
əvvəlcədən təyin edilmiş müəyyən adamların nəzarəti altında saxlanılır və həmin 
adamlların qorunması üçün müvafiq yerlər düzəldirlər. 
«Hava həyəcanı» zamanı bütün tədris müəssisələrində məşğələlər dayandırılır, 
hamı mühafizə qurğularına gedir. İctimai yerlərdə (kino-teatrlarda, bazarda, 
mağazada və s.), nəqliyyat vasitələrində olanlar yaxındakı daldalanacağa 
getməlidirlər. Əgər belə sığınacaq yerləri yoxdursa daldalanmaq üçün yeraltı 
keçidlərdən, tunellərdən və s. istifadə etəmək lazımdır. 
«Hava həyəcanı» zamanı kəndlərdə əhali ailə daldalanacaqlarına yıgılmalıdır. Mal-
qaranı tövlə şəraitində saxlamaq məsləhətdir. Hava həyəcanı vaxtı örüşlərdə olan 
naxır və sürüləri yaxşı olar ki, meşələrə sürsünlər. Çöl şəraitində mal-qaranı 


qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. istifadə etmək 
məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mal-qara düzdə, açıq sahələrdə 
qalmasın. Bütün hallarda yalnız «hava həyəcanı qurtardı» siqnalı verildikdən sonra 
daldanacaqları tərk etmək olar. Bu zaman yerli radio şəbəkəsi və səsucaldan 
qurğular vasitəsilə elan edilir: «Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! 
Havadan basqın təhlükəsi sovuşdu. Hava həyəcanı qurtardı!.» 
Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı yaranan yerlərdə «Hava həyəcanı 
qurtardı!» siqnalı verilir. Belə hallarda sığınacaqlarda qorunanlara vəziyyətlə 
əlaqədər olaraq məlumat və davranış qaydaları barədə tövsiyyələr verilir. 
Xatırladak kı, bu zaman yerli mülki müdafiə orqanının göstərişlərini dəqiq yerinə 
yetirmək son dərəcədə zəruridir. Əks təqdirdə adamlar radioaktiv və ya kimyəvi 
zəhərlənməyə məruz qalırlar. 
«Kimya həyəcanı» siqnalı kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsi 
olduqda, yaxud belə zəhərlənmələr bilavasitə aşkar edildikdə verilir. 
Diqqətlə verilən məlumatı dinləmək lazımdır. Təşvişə düşmək olmaz. Tənəffüs 
üzvlərini nəm dəsmal və ya paltarla örtmək və zəhərlənmə zonasından çıxmağa 
çalışmaq lazımdır, əgər mümkün olmazsa, binaların yuxarı mərtəbələrində 
sığınmaq lazımdır; əgər evdə olarkən siqnal verilərsə, yenə də nəm dəsmal və ya 
paltarla tənəffüs üzvlərini mühafizə edin və yalnız bundan sonra mənzili 
hermetikləşdirin. Daha sonra FHN və ya yerli orqanların kütləvi informasiya 
vasitələri ilə verilən məsləhətlərə uyğun hərəkət etmək lazımdır. (əgər zəhərləyici 
maddə xlordursa, nəzərə almaq lazımdır ki, o binaların aşağı mərtəbələrinə və 
zirzəmilərə çökür; ona görə də pambıq-tənzif sarğısını 2%-li soda məhlulu ilə 
isladıb tənəffüs üzvlərini mühafizə vasitəsi kimi istifadə etmək lazımdır.) 
Kimyəvi zəhərlənmə ocaqlarından adamlar mümkün qədər tez çıxarılmalıdır. Onlar 
hansı istiqamətdə getmələrini mülki müdafiə və ya polis postu işçiləri göstərirlər. 
Onlar olmadıqda adamlar zəhərlənmə zonasından küləyin səmtinə perpendikulyar 
istiqamətdə çıxmalıdırlar. Bundan sonra adamlar sanitariya təmizlənməsindən 
keçməlidirlər. 
Bakterioloji yoluxma ocağından əhalinin özbaşına çıxmasına yol verilmir. Çünki 
belə sahələrdə karantin və ya observasiya rejimi qoyulacaq, adamların sonrakı 
davranış qaydaları müəyyən ediləcək. Qeyd etdiyimiz kimi kəndlərdə daldalanmaq 
üçün nəzərdə tutulan ailə sığınacaqları qabaqcadan möhkəmləndirilməli, 
hermetikliyi təmin olunmalıdır. İçəridə ailənin rahatlığı üçün hər cür şərait 
yaradılmalı, radio və televiziya qurğularının işlədilməsi təmin edilməlidir. Çünki, 
hadisələrin gedişi, habelə kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin 
sovuşması barədə məlumat və ya ondan sonrakı davranış qaydaları haqqında 
göstərişlər həmin vasitələrlə veriləcək. 
«Kimya həyəcanı» siqnalı verilərkən mal-qaranın da qayğısına qalmaq vacibdir. 
Ərzaq və yem ehtiyatlarının, su mənbələrinin qorunması üçün müvafiq tədbirlər 
götürülməlidir. 
«Radiasiya həyəcanı» siqnalı bu və ya digər ərazidə radioaktiv zəhərlənmə aşkar 
olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat ərzində gözlənildikdə verilir. 
«Hava həyəcanı və «Kimya həyəcanı siqnalları siqnalları zamanı olduğu kimi 
«Radiasiya təhlükəsi gözlənildikdə də öncə «Hamının diqqətinə!» siqnalı, sonra isə 


«Radiasiya təhlükəsi məlumatı verilir. Bu zaman bütün rabitə və xəbərdarlıq 
vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və işıq siqnalları ilə təkrar edilir. 
Sonra belə elan verilir: «Diqqət! Danışır Mülki Müdafiə Qərargahı! Vətəndaşlar! 
Radiasiya təhlükəsi! Radiasiya təhlükəsi!.» Bunun ardınca görülən mühafizə 
tədbirləri barədə, habelə əhalinin davranış qaydaları haqqında Mülki müdafiə 
qərargahının tövsiyələri və göstərişləri əhaliyə çatdırılır. 
Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça marka və ya pambıqlı 
tənzif sarğı, əgər bunlar yoxsa əleyhqaz taxıb sığınacağa və ya radiasiya 
daldalanacağına getməlidirlər. 
Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri 
radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib 
elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz 
qalmasının qarşısını almaqdır. 
Yoluxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə riayət 
etməyə borcludur. 
Yoluxucu (infeksion) xəstəliklər aşkar edilərkən: pəncərə və qapı yerlərini yaxşı 
kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yapışdırıb əl-ayağa dolaşmayan 
yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda 
saxlanılmalıdır. Ərzaq malları və içməli su ağzı kip bağlanan qablarda 
saxlanılmalıdır. İstifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya 
qorumaq vacibdir; çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində (peçdə, 
duxovkada) qızdırmaq, meyvə-tərəvəzi yaxşıca yumaq və ya üzərinə qaynar su 
tökmək lazımdır. Su və ya süd ən azı 30 dəqiqə qaynadılmalıdır. Qab-qacaq təmiz 
yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan 
sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, 
müntəzəm surətdə çimmək və alt paltarlarını təmiz saxlamaq, mənzilin, həyətin, iş 
yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır. Hər bir 
şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi məsləhət 
görülür. 
Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən (evdən) 
ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini 
qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları və 
ayaqqabıları çıxarıb dezinfeksiya etmək üçün bayırda qoymaq lazımdır. 
Yoluxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı, 
iştahasızlıq, ürək bulanması, qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb 
müəssisəsinə xəbər verilməli, xəstəni ayrıca otaqda və ya otağın müəyyən 
hissəsində yerləşdirilməli, şəxsi əşyalarını, paltarlarını, yataq ləvazimatını, qab-
qacağı, mebeli və mənzili dezinfeksiyadan keçirmək lazımdır. 
Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən keçməlidir. 
Əgər zərərverici amillərin təsirinə məruz qalmışsınızsa, o zaman «hamıya diqqət!» 
siqnalını gözləmədən, dərhal əvvəlki bilgilərinizə uyğun hərəkət edin. 
Verilən məlumatı diqqətlə dinləmək lazımdır. Əgər təxliyə elan olunarsa dərhal 
elan olunan yerə getmək lazımdır. Özünüzlə sənədləri, tualet ləvazimatını, isti 
geyim əşyalarını bir günlük ərzaq və su ehtiyatı götürmək lazımdır. Bütün bu 
əşyaları elə çantaya yığmaq lazımdır ki, lazım gələrsə onu uzun müddət gəzdirmək 


asan olsun. 
Eşitdiyiniz məlumat barədə qonşulara xəbər verin, təxliyə olunacaq yerə getdiyiniz 
yol boyunca da bu barədə hər kəsə məlumat verin. Hər dəqiqəni dəyərləndirməyə 
çalışın. 
Əgər subasmış ərazidə olsanız, sənədləri və lazımi əşyaları yuxarı mərtəbələrə 
daşımaq lazımdır. 
Əgər subasma zamanı meşədə, çöllükdə olsanız, hündürlüyə qalxmaq lazımdır. 
Əgər su axınına düşsəniz əlaltı vasitələrdən istifadə edərək su üzərində qalmağa 
çalışmaq lazımdır. 
Nəzərə almaq lazımdır ki, FH zamanı yaranan vəziyyətdən asılı olaraq verilən 
məlumatlar dəyişir və buna görə də daima verilən məlumatları diqqətlə dinləmək 
lazımdır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin