Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə67/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   98
Müh 2016

Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur
, bu zaman 
adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə 
təhlükəli rayonlardan dərhal çıxarılır. Nəqliyyat vasitələrində şəhərdə işini davam 
etdirən obyektlərin fəhlə və qulluqçuları, şəhərdən piyada çıxmağa qabil olmayan 
əhali (xəstələr, 10 yaşadadək uşağı olan qadınlar və s.) həmçinin MM dəstələrinin 
bir qismi daşınır. Qalan əhali şəhərdən piyada çıxarılır. 
Fövqəladə halın inkişafından, fövqəladə hal zonasından çıxarılan əhalinin sayından 
asılı olaraq təxliyə variantlarına görə lokal, yerli və regional olur. 
Lokal təxliyə FH mənbəyinin zədə faktorlarının mümkün təsir zonası ayrı-ayrı 
şəhər mikrorayonları və ya kənd yaşayış məntəqələri hüdudları ilə məhdudlaşdıqda 
və təxliyə edilən əhalinin sayı bir neçə min insanla ölçüldükdə keçirilir. Bu halda 


təxliyə edilən əhali adətən fövqəladə hal zonasına yaxın olan, lakin zədələnməyən 
yaşayış məntəqələrində təşkil edilmiş müvəqqəti yerləşdirmə məntəqələrində 
yerləşdirilir. 
Yerli təxliyə orta saylı şəhərlər, iri şəhərlərin ayrı-ayrı rayonları və kənd rayonları 
fövqəladə hal zonası təsiri altına düşdükdə keçirilir. Bu zaman təxliyə edilən və 
təhlükəsiz rayonlarda yerləşdirilən əhalinin sayı bir neçə mindən on minlərlə insan 
təşkil edə bilər. 
Regional təxliyə zədə faktorları xeyli ərazilərə təsir etdikdə, əhali sıxlığı yüksək və 
tərkibində iri şəhərlər olan bir və ya bir neçə regionu əhatə etdikdə həyata keçirilir. 
Regional təxliyə keçirildikdə fövqəladə hal zonasından çıxarılan əhali yaşayış 
yerlərindən xeyli uzaq məsafələrə çıxarıla bilər. 
Hərbi konfliktin miqyasından, inkişafından, şəraitin konkret xüsusiyyətlərindən və 
əhalinin təxliyə tədbirlərinə cəlb edilməsindən asılı olaraq 
əhalinin təxliyyəsinin 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin