vəsiqəsi, təhsil müəssisəsini bitirməyi təsdiq edən diplom və attestat, nikah və
doğum şəhadətnaməsi götürülür.
Götürüləcək əşyalar və ərzaq məhsullarınin miqdarı, hər bir şəxsin özünın
götürə
biləcəyi qədər hesablanmalıdır. Nəqliyyatla köçürülmə zamanı götürüləcək yükün
ümumi kütləsi 50 kq-dan çox olmamalıdır. Bütün əşyalar çantalara, çemodanlara
qablaşdırılır.
Köçürülmə zamanı ciddi olaraq intizam qaydalarına, köçürülməyə təhkim olunmuş
şəxslərin bütün göstərişlərinə əməl olunmalıdır.
Piyada dəstələri saatda 4-5 km sürəti ilə
hərəkət etməlidir; hər 1-1,5 saatdan bir,
10-15 dəqiqə istirahət edilməlidir; günün ikinci yarısında 1-2 saat istirahət edilir.
Yola çıxmazdan qabaq yaxşı olar ki, isti qida qəbul edilsin. Piyada dəstələri
icazəsiz tərk etmək olmaz. Əhvalında pisləşmə olan şəxslər,
dəstəni müşayət edən
tibb işçisinə müraciət etməlidir.
İsti havalarda su rejiminə əməl olunmalı, istirahət gölgə yerlərdə olmalı, baş örtüyü
çıxarılmamalıdır. Qış fəslində donvurma əlamətlərini vaxtında aşkar etmək üçün,
dəri örtüklərinin vəziyyətinə nəzarət edilməlidir.
Təhlükəsiz zonaya çatdıqda köçürülənlər qəbul məntəqələrində qeydiyyata alınır,
sonra isə yerləşəcəyi yerə göndərilir.
Dostları ilə paylaş: