Sülh dövründə əhalinin köçürülməsinin əsas prinsipləri.
Sülh dövründə əhalinin təxliyyəsi – əhalinin təbii və texnogen FH baş verən
zonadan və FH ehtimal olunan ərazidən, FH zədələyici amillərinin təsirindən uzaq
ərazidə həyat təminatlı-əvvəlcədən müəyyən olunmuş yerlərdə qısa müddətə
yerləşdirilməsi üçün həyata keçirilən kompleks tədbirlərdir.
Təxliyyənin xüsusiyyətləri FH mənbəsnin xarakterindən (ərazinin radioaktif və ya
kimyəvi çirklənməsi, zəlzələ, qar uçqunu, sel, subasma və s.), FH zədələyici
amillərinin ərazidə yayılması və yayılması vaxtından, köçürüləcək əhalinin sayı və
nə dərəcədə əhatə olunmasından, təxliyyə tədbirlərinin keçirilməmi müddəti və
tezliyindən asılıdır.
Köçürülmə ozaman bitmiş hesab olunur ki, köçürüləcək bütün əhali FH zədələyici
amillərinin təsir edə biləcəyi zonanın sərhədlərindən kənar təhlükəsiz rayona
çıxarılsın və yerləşdirilsin.
Zaman və köçürülmə müddətindən asılı olaraq köçürülmənin variantları:
əvvəlcədən və təxirəsalınmaz.
Əvvəlcədən təxliyyə etibarlı mənbədən verlən məlumata əsasən potensial təhlükəli
obyektlərdən və təbii fəlakət mümkün ola biləcək FH (FH proqnozlaşdırılan)
zədələyici amillərinin təsir edə biləcəyi zonalardan əhalinin köçürülmasidir. Belə
tədbirin keçirilməsi üçün əsas mümkün hadisədən bir neçə dəqiqə və ya bir neçə
gün əvvəl verilən proqnozdur; həmin proqnoz verilən müddət ərzində
dəqiqləşdirilir.
FH baş verdikdə ekstren və ya təxirəsalınmaz köçürülmə həyata keçirilir. Əhalinin
köçürülməsi zədələyici amillərinin təsir etdiyi şəraidə yerinə yetirilir.
FH-in inkişafından və köçürüləcək əhalinin sayından asılı olaraq təxliyyənin lokal,
yerli, reqional variantları ayırd olunur.
FH zonasında olan əhalinin köçürülmə tədbirləri ilə əhatə olunmasından asılı
olaraq
ümumi və qismən təxliyyə variantları ayırd olunur.
Təxliyyənin növləri və keçirilmə müddəti FH miqyasından, təhlükəli zonada
qalmış əhalinin sayından, yerli şəraitdən və nəqliyyatın olmasından asılıdır.
Əhali nəqliyyatla, piyada və ya kombinə olunmuş üsulla təxliyyə olunur.
Köçürülən əhali müvəqqəti olaraq sanitar-gigiyenik tələblərə cavab verən
düşərgələrdə və ya qonşu yaşayış məskənlərində yerləşdirilir. Əhalini
yerləşdirərkən hər bir adama 2,75 m2 sahə düşür, səyyar ərzaq və su təchizatı
məntəqələri quraşdırılır. Palata tipli şəhərlərdə, yataqxanalarda və digər tipli
məskənlərdə hər bir adama düşən minimal sahə 2,0-2,5 m2 olmalıdır. İçməli suyun
müalicə məqsədilə adambaşına su sərfi-10 litrdir, stasionar müalicəsində su sərfi
(bütün ehtiyacları üçün) adambaşına-75 l, bir adamın yuyunması üçün-45 litrdir
(təhlükə zonasında işləyən dəstələrin şəxsi heyəti də daxil olmaqla).
Təxliyyənin mütəşəkkil keçirilməsi zamanı təminat məqsədilə şərait yaratmaq
üçün aşağıdakı xidmət dəstələri planlaşdırılır: nəqliyyat, tibb, ictimai asayişi
mühafizə və yolhərəkəti təhlükəsizliyini mühafizə, mühəndis, maddi-texniki, rabitə
və xəbərdarlıq, kəşfiyyat dəstələri.
Dövlətlərarası bağlanmış sazişlərə əsasən Azərbaycan Respublikasının təxliyyə
olunmuş vətəndaşları yaxın qonşuların ərazisində yerləşdirilə bilər, həm də
respublikamızın ərazisində digər dövlətlərin təxiyyə olunmuş vətəndaşları
yerləşdirilə bilər.
Təxliyyə tədbirlərinin təbii xarakterli fövqəladə hadisələr, qəzalar və fəlakətlər
zamanı təşkilinin xüsusiyyətləri.
Zəlzələ baş vermiş rayonlarda əsas həyat təminatı sistemləri sıradan çıxarsa
əhalinin təxliyyəsi yerinə yetirilir. Təxliyyə yerli və ya regional səciyyəli
olur.Təxliyyə tədbirlərinin yerinə yetirilməsi müddəti yol-nəqliyyat imkanları ilə
müəyyən olunur və təxliyyə nəqliyyat sistemlərinin bərpasından sonra yerinə
yetirilir. FH zonasında qalmış əhalinin ilk növbədə həyatı təminatı təşkil olunur.
Təxliyyə bir mərhələdə aparılır, müvəqqəti yerləşmə zərərçəkmiş rayonlarda təşkil
olunur. Bu məqsədlə şəhərdəki meydançalar, stadionlar və digər təhlükəsiz yerlər
istifadə olunur. Mənzillərini itirmiş insanlar müvəqqəti olaraq çadırlarda,
vaqonlarda, yığma evlərdə, su nəqliyyatı gəmilərində yerləşdirilir.
Fəlakətli subasmış ərazilərdə təxliyyə hidro-texniki qurğularda qəzalar, çay və su
hövzələrində suyun səviyyəsinin qalxması zamanı təşkil olunur. Hidro-texniki
qurğularda qəza proqnozu ehtimalı olduqda əvvəlcədən təxliyyə təşkil olunur.
Təxliyyə lokal və ya yerli xarakter daşıyır. Əgər təxliyyə üçün zaman azdırsa,
təxliyyə ərazi prinsipi üzrə bir və ya iki mərhələdə aparılır.
Hidro-texniki qurğunun dağılma təhlükəsi olduqda ekstren təxliyyə qəza zamanı su
dalğasının 4 saat müddətində çata biləcəyi zonadan kənar əraziyə edilir.
Kimya təhlükəli obyektlərdə qəzalar zamanı zəhərlənmə zonasında olan əhali təcili
olaraq güclü təsirli zəhərli maddənin (GTZM) buludunun yayıldığı zonanın
sərhədlərindən uzaq əraziyə köçürülür. Zəhərləyici maddənin növündən asılı olaraq
zəhərlənmə zonasından ya hündürlüklərin üzəri ilə (məsələn xlorla zəhərlənmə
zamanı), ya da çökəklik ərazisi ilə (məsələn, ammonyakla zəhərlənmə zamanı)
çıxmaq lazımdır.
Kimyəvi təhlükəli obyektlərin bilavasitə yaxınlığında yaşayan əhalini, GTZM
buludunun tez yayılmasına görə, adətən, ərazidən tez çıxarmaq mümkün olmur.
Ona görə də həmin ərazidəki əhali yaşayış binalarında (istehsal və xidməti
binalarda) otaqları kipləşdirməklə və fərdi mühafizə vasitələrindən istifadə etməklə
yuxarı və ya aşağı mərtəbələrdə (GTZM növündən asılı olaraq) sığınırlar.
Əhalinin mümükün ekstern köçürülməsi ilkin proqnoz məlumatlarına əsasən
əvvəlcədən mümkün zədələnmə zonasından kənar əraziyə aparılır. GTZM ətraf
mühitə yayılması ilə əlaqədar köçürülən əhalinin köçürüldüyü ərazidə qalma
müddəti bir neçə saatdan bir neçə günə qədər ola bilər. Bu mühafizə vasitəsi iri
miqyaslı qəzalar zamanı çox effektivdir.
Kimyəvi zəhərlənmə zonasından əhalinin və personalın müvəffəqiyyətlə qısa
müddətə köçürülməsi əvvəlcədən planlışdırma, xəbərdarlıq, nəqliyyat və tibbi
təminat, ictimai asayişin mühafizəsi və köçürülmənin təşkili tədbirlərinin yerinə
yetirilməsi ilə mümkündür.
Əhalinin köçürülməsi qərarı GTZM insan həyatı və sağlamlığı üçün təhlükə
yaradan toksiki doza həddi proqnozlaşdırıldıqda verilir. Təxliyyə qərarı əsasən
direktiv sənədlərdəki toksiki doza həddi normalarını aşdıqda verilir.
Radiasiya təhlükəli obyektlərdə qəzalar zamanı əhalinin köçürülməsi, adətən, yerli
və ya regional xarakter daşıyır. Əhalinin təxliyyə olunması qərarı radiasiya
şəraitinin proqnozları əsasında verilir.
Əgər proqnozlaşdırılan şüalanma həddi aşağı səviyyədədirsə, o zaman təxliyyə
aparılmır. Əgər şüalanma proqnozuna görə şüalanma aşağı səviyyədən yuxarı
olarsa, lakin yuxarı səviyyəyə qədər çatmırsa, o zaman köçürülmə təxirə salınır və
konkret şəraitdən və yerli şərtlərdən asılı olaraq aparılır.
Əgər şüalanma proqnozu yuxarı səviyyədə olarsa, o zaman təxliyyə mütləq yerinə
yetirilməlidir.
Əhalinin təxliyyəsi 2 mərhələdə aparılır: birinci mərhələdə-təxiyyə olunan əhali
köçürülmə məntəqəsindən mümkün radiasiya zədələnməsi zonası sərhədlərinə
qədər çatdırılır; ikinci mərhələ isə təxliyyə olunacaq təhlükəsiz yerə çatdırılmadır.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə
komissiyalarının qüvvələri ilə toplanış—köçürmə məntəqələri açılır (TKM). Bu
məntəqələr adətən, adamlar, nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və
yolların yaxınlığındakı, məktəb, klub binalarında və başqa ictimai binalarda açılır.
Müxtəlif əhali toplanış köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim
edilir. Toplanış köçürmə məntəqələrinə gələn əhali burada qeydə alınır. Köçürülən
əhalini qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş,
yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar
nəqliyyat vasitələrinin növləri üzrə (qatarlar və avtomobil), şəhərdən piyada
çıxarılacaq adamlar isə piyada dəstələr üzrə qruplaşdırılır.
Piyada yürüş edən adamların istrahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə
tutulur: qısa istirahət (10 –15 dəqiqəlik) – hər 1 – 1,5 saat yürüşdən sonra uzun
istirahət (1 –2 saatlıq) yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı,
zəhərlənmə zonasının hüddudlarından kənarda təyin edilir.
Köçürmə zamanı adamlar ən lazımi şeyləri—paltar, ayyaqqabı, yataq ləvazimatı
götürməlidirlər. Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su ehtiyatı
(2-3 günlük ərzaq və su) götürməlidir. Tez xarab olmayan, saxlanması daha rahat
olan və yeməkdən əvvəl hazırlanması tələb olunmayan ərzaq növləri—konservlər,
qurudulmuş çörək və s. məhsullar götürmək daha məqsədəuyğundur.
Sənədlərdən pasportu, hərbi bileti, təhsil haqqında diplomu (atestatı), evlənmə
haqqında vəsiqə, əmək kitabçasını və yaxud təqaüd vəsiqəsini, uşaqların doğum
şəhadətnaməsi– yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.
Köçürüləcək uşaqların pal—paltarı və ərzağı yığılmış çemodana (arxa çantasına)
çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını, ev
ünvanını və köçürmə məntəqəsinin adını aydın xətlə yazmaq lazımdır.
Məktəbəqədər yaşlı uşaqların geyindiyi paltarın daxili cibinə də bu cürə çətələ
qoyulur; bu məlumatlar yazılmış ağ parça uşağın paltarının astarına tikilsə daha
yaxşı olar.
Köçürmə zamanı adamlar öyrəşdikləri yaşayış yerlərini tərk etməyə, əmlakının
xeyli hissəsini qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yaşamağa vadar
olacaqlar. Hamı başa düşməlidir ki, müəyyən olunmuş davranış qaydalarına riayət
etmək hər bir vətəndaşın borcudur.
Dostları ilə paylaş: |