Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə72/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   98
Müh 2016

 Məşğələlərin qısa məzmunu
2 sinif 
1 mövzu: Mülki müdafiyə haqqında anlayış. 
Məşğələ xalqımızın qəhrəmanlıq ənənələri və torpaqlarımızın bütövlüyü uğrunda 
mübarizəsi barədə müəllimin söhbəti ilə başlanır,sonra şagirdlərə MM-nin 
vəzifələri haqqında anlayış verilir və onlara məktəbdə, evdə, küçədə MM 
tədbirlərini yerinə yetirmək üçün nəyi bilməyi və bacarmalı olduqları izah edilir. 
Məşğələnin məzmunu aşağıdakı kimi ola bilər: 
Vətənimiz Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir.Bizim məhsuldar 
torpağımız ,yaşıl meşələrimiz,səfalı sularımız var.Yerin təkindəki neft,qaz,dəmir 
filizi və digər faydalı qazıntılar çıxarılır. Torpaqlarımızda taxıl,pambıq,üzüm,tütün 
kimi çoxlu qiymətli bitkilər yetişdirilir. 


Yadelli düşmənlər belə bərəkətli torpaqları əlimizdən almağa bütün tarix boyu 
can atmışdır. Əcdadlarımız onlarla Şah İsmayil Xətai,Qəncəli Cəvad Xan, Qubalı 
Fətəli Xan, Şirvanlı Mustafa xan və yüzlərlə digər Vətən oğulları bu sahədə bizə 
örnəkdir,ən gözəl nümünədir.Torpaqlarımıza göz dikənlər indidə var.Yaşadığımız 
sonuncu yüzillkdə yalnız daşnaq ermənilər torpaq iddiası ilə bizə 3dəfə silahli 
münaqişəyə girişmişlər.Onlar hazırda ərazimizin bir qismini tutaraq orada yaşayan 
azərbaycanlıları ev –eşiklərindən didərgin salıblar. 
Müəllim erməni təcavüzünə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş və ya şəhid 
olmuş kəndin,şəhərin 1-2 sakini haqqında qısa məlumat verdikdən sonra öz 
söhbətini davam etdirir. 
Vətəni müdafiə etmək hər bir adamin ən şərəfli borcudur.Hər kəs ən əvvəl 
düşmənin işlətdiyi silahlardan qorumağın üsullarını,yəni müasir silahlardan 
mühafizə olunmağın qaydalarını bilməlidir.Elm və texnika inkişaf etdikcə dünyada 
daha güclü,dağıdıcı və zəhərləyici təsirli silahlar meydana çıxır.Hazırda lazimi 
biliklərə və bacarığa malik olmadan adam nə özünü qoriya bilər,nə də 
Vətəni.Mülku müdafiə məşğələlərində öyrəniləcək biliklər bu işə yardım edir. 
Mülku müdafiyə sülh və müharibə dövrlərində adamların həyatını mühafizə 
etmək üçün görülən işlərə deyilir .Müharibə vaxtı adamları düşmənənin atdığı 
bombalardan,top güllələrindən qorumaq lazımdır. 
Sülh dövründə isə təbii fəlakətlər hamı üçün təhlükə törədir.Təbii fəlakət –
zəlzələ,sel,daşqın və s.kimi qorxulu hadisələrə deyilir.Belə hallar respublikamızın 
hər bir rayonunda yarana bilər.Kimyəvi maddələr işlədilən zavodlardakı qəzalar isə 
daha qorxuludur.Bu zaman ətrafa yayılan zəhərli qazların adamları zəhərlənməsi 
mumkundur.Qəzalar zamanı baş verən partlayışlar,guclu yanğınlar da adamların 
həyatı ucun təhlukəlidir.Mulki mudafiənin əsas vəzifəsi butun belə hallarda 
adamların muhavizə etməkdir.bu məqsədlə MM aşağıdakı işləri yerinə yetirir: 
-muhavizənin usullarını əvvəlcədən hamıya öyrədir.8 yaşdan butun vətəndaşlar bu 
usulları bilməlidirlər. 
Butun əhaliyə əleyhqaz və respiratorlar paylayır; 
-Lazım gəldikdə adamları muhavizə yerlərində gizlədir; 
-Yaralilara yardim göstərmək,zəhərlənən yerləri təmizləmək və s. kimi işləri təşkil 
edir. MM işlərində hamının iştirakı vacibdir. Bunlar adamlara yerlərində və 
məktəblərdə öyrədilir. 
Ən əvvəl Mulki mudafiənin xəbərdarlıq siqnallarını bilmək lazımdır. Bu siqnallar 
yaranmış təhlukə barədə hamıya xəbər vermək ucundur. MM siqnalları verilərkən 
davranma qaydalarını öyrənəcəyik. Əleyhqaz, respiratoru geyib cixarmaq 
qaydalarını da yaxşı bilməliyik. Bunlar adamın tənəffus orqanlarını, gözlərini, 
üzünü zəhərlənmədən qorunmaq ücündür.Əleyhqaz olmadıqda tozdan qoruyan 
parca, maska tikmək yaxud pambıqlı tənzif sarğı duzəltmək olar.Bunu da hər 
birimiz bacarmalıyıq. Düşmən havadan hücum edəndə adamlar qorunmaq ucun 
muxtəlif binalarda, zirzəmilərdə gizlənirlər. Belə yerlər sığınacaq və daldalanlar 
adlanır.hər bir şagird qəza,fəlakət baş verdikdə muhavizə olunmaq yollarını da 
bilməlidir. Bax MM məşğələlərində biz bütün bilikləri öyrənməliyik. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin