partlayır.Amerikalılar tərəfindən Vyetnamda,sovet ordusu tərəfindən Əfqanıstanda
tətbiq edilib,indidə də ermənilər Qarbağda müxtəlif üsullarla işlədirlər.Yerl
qəzetlərdən biri yazır ki,Ermənistanın Şəmsəddin rayonundan qonşu Azərbaycan
ərazisinə axan çayın sahilindəki kəndin sakinləri sakinləri çayda tez-tez müxtəlif
növ oyuncaqlır,qələmlər,qutular axdığını muşahidə edirdilər.Göründüyü kimi bu
cür silahın xisləti əsl erməni xislətidir.
Yandırıcı silah adamları, yaşayış məntəqələrini ,istehsalat obyektlərini,nəqliyyat
vasitələrini,meşələri və əkinləri məhv etmək üçündür.ABŞ qoşunlrarı Vyetnam
muharibəsi zamanı bu ölkənin ərazisinə 100 min tonadək yandırcı maddə-Napalm
tökmüşdür.Napalım tezalışan qara rəngli qatı maddədir,düşdüyü yerə yapışaraq
800-1200 dərəcə istilik verməklə yanır.Napalmış yanma tempuraturunu daha da
artırmaq üçün ona metal tozları əlavə edilir. Belə yandırıcı qatışıq pirogel adlanır.
Bunlardan başqa termit,ağ fosfor və s. adlı yandırıcı vasitələr var.Bunlardan
qorunmaq üçün mühafizə qurğularında daldalanmaq lazımdır.Adamın paltarına
yandırıcı maddə damcıları düşdükdə alışan yeri paltarın ətəyi,torpaq,palçıq və s. ilə
qapayırlar.Əgər yandırıcı maddə çox düşmüşsə ,onda yanan paltarı cəld çıxarıb
atmaq və yavaxt itirmədən adamın bədənini yapıncı plaş və digər bır örtüklə kip
örtmək lazımdır. Qaçmaq ,Napalm bulaşığını silməyə çalışmaq olmaz.Çünki,belə
hallarda alov daha da güclənir.Bundan sonra müllim izah edirk,adi qırğın
vasitələrinin bir sıra növləri artileriya silahları vasitəsilə də tətbiq edilə bilər.Lakin
,onların təsir dairəsi daha məhduddur.Məs:hazırki artilleriya topları ən çox 20-27
km,minaatanlar 6-10 km,reaktiv qurğular isə 20 km məsafədə vura bilir. Bu zaman
raket mərmiləri düşən yerdən onlarla metr məsafədəki mühafizə olunmamış
adamlar həm qəlpələrin ,həm də partlayış hava dalğasının təsirindən zədə ala
bilərlər.Buna yol verməmək üçün hər bir adam atəş başlanarkən dərhal mühafizə
olunmalıdır.Hər bir şagird evlərinin və məktəbin yaxınlığındakı sığınma yerlərini
bilsə yaxşı olar.Bundan sonra müəllim nüvə silahı barədə ümumi anlayış
verməli,nüvə partlayışının zədələyici amilləri,neytron döyüş sursatının
xüsusiyətlərini,bu silahlardan mühafizənin əsas vasitələrini,kimyəvi,bakteroloji
silahların zədələyici təsiri,mühafizənin vasitələrini və qaydalarını aydınlaşdırır.