Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


MÖVZU12. İlk tibbi yardım və onun təşkili



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   98
Müh 2016

MÖVZU12. İlk tibbi yardım və onun təşkili. 
PLAN: 
1.
İlk tibbi yardım anlayışının tərifi. 
2.
İlk tibbi yardım göstərmək üçün Mülki müdafiənin qüvvələri. 
3.
Sanitar drujinaları və sanitar postları. 
4.
Sanitar çantasının tərkibi. 
5.
Fərdi dərman qutusu Aİ-2. 
6.
Fərdi kimya əleyhinə paket İPP-8. 
7.
İlk tibbi çeşidləmə. 
Mülki müdafiə sistemində zədələnənlərə və xəstələrə göstərilən tibbi yardım 
aşağıdakı növlərə ayrılır: 
1) İlk tibbi yardım; 
2) İlk həkim yardımı; 
3) İxtisaslaşdırılmış tibbi yardım.
İlk tibbi yardım döyüş meydanında zədələnmə ocağında (və ocaqdan kənarda) 
xəsarətə uğrayanın özü (özünə yardım), yoldaşları tərəfindən (qarşılıqlı yardım), 
habelə tibbi heyəti tərəfindən (sanitar və sanitariya təlimatçıları tərəfindən) 
göstərilir.
İlk tibbi yardım zədələnmə yerində təcili (5-15 dəq.) göstərilməlidir. Zədələnən 
adamların həyatının xilas edilməsi, çəkdikləri əzabın yüngülləşdirilməsi və bərpa 
qabiliyyətinin bərpa edilməsi onlara göstərilən ilk yardımın tez və düzgünlüyündən 


asılı olacaqdır. Bütün vətəndaşlar, o cümlədən də tələbələr, ilk tibbi yardım 
göstərilməsi üsullarına tam yiyələnməlidir.
İlk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsulları bilmək tələb olunur: adamın 
əynindəki yanan paltarın söndürülməsi, süni tənəffüs verilməsi, tənəffüs üzvlərinin 
(əleyhqaz, pambıq-tənzif sarğısı geyməklə) və bədənin açıq hissələrinin zəhərləyici 
və radioaktiv maddələrdən, bakterial vasitələrdən mühafizəsi, qanaxmanın 
müvəqqəti olaraq dayandırılması, yara və yaxud yanıq yerinin sonrakı kirlənmədən 
qorumaq üçün yaraya və yanıq yerlərinə sarğı qoyulur, sınıq baş verdikdə 
zədələnmiş sümüklərin immobilizasiyası həyata keçirilir (sümüklərin hərəkətsiz 
hala salınması), zəhərləyici maddələr olduqca əleyhqaz geydirilir və zəhərə qarşı 
xüsusi antidot verilir. Lazım gəldikdə zəhərlənmələri müəyyən qədər sanitar 
tənzimləmədən keçirir, zədələnmiş adamları təhlükəsiz yerə çıxarır və tibb 
məntəqələrinə və ya ilk tibbi yardım dəstələrinə aparırlar. Bu tədbirlərin ardıcıllığı 
zədələnmənin ağırlığından, xarakterindən və başqa şərtlərdən asılı olacaqdır. Bütün 
hallarda ilk tibbi yardım tez və qətiyyətlə, bir dəqiqə belə itirmədən göstərilməlidir. 
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son nəticəsinə
zədələnmiş şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Güclü 
qanaxma zamanı, elektrik cərəyanı vurarkən, boğulma, ürəyin fəaliyyəti dayanan 
və tənəffüs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər eyni 
zamanda çoxlu zədələnmişlərə ilk tibbi yardım göstərmək tələb olunarsa, onda 
yardımı birinci növbədə uşaqlara, məhv ola biləcək zədələnənlərə göstərmək 
lazımdır. Belə halda yüngül zədələnmişlər özləri də özünə yardım və qarşılıqlı 
yardım göstərməlidirlər. İlk tibbi yardımın bütün üsulları ciddi sürətdə və çox 
ehtiyatla icra edilməlidir. Ehtiyatsız, kobud ilk yardım zədələnmişə əlavə əziyyət 
verib, onun halını ağırlaşdıra bilər.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin