postlarının və digər dəstələrin şəxsi heyəti elə ilk anda zədələnmiş adamlara
yardım göstərməlidirlər. Zədələnmə ocaqlarında sanitar drujinaları tərkibinə daxil
olduqları ilk tibbi yardım dəstələri və ya mülki müdafiənin xilasetmə dəstələri ilə
birlikdə işləyirlər.
İlk tibbi yardım dəstəsinin rəisi sanitar drujinalarına müavini vasitəsi ilə rəhbərlik
edir. İşə başlanmazdan əvvəl hər bir sanitar drujinası üçün iş sahəsi ayrılır və onları
ayrılmış sahədəki vəziyyətlə (binaların doğulma dərəcəsi, mülki müdafiənin
mühafizə tikililərinin olması, radioaktiv zədələnmənin təxmini səviyyəsi,
zədələnmiş adamların ehtimal olunan miqdarı) tanış edirlər. Drujina
komandirlərinə zədələnmiş adamların
köçürülməsi üçün nəqliyyat, daşınma yolları
və ilk tibbi yardım dəstəsinin yerləşdiyi yer haqqında məlumat verilir, sərf
olunmuş tibbi-sanitariya əmlakının yerinə təzəsini almaq və şəxsi heyətin
dəyişdirilməsi qaydaları göstərilir, rabitə yaratmaq və məlumat göndərmək üsulları
müəyyən edilir.
Bütün sandrujinaçılar zədələnmə ocağına daxil olmazdan əvvəl qoruyucu
kostyumları, rezin uzunboğaz çəkmələri və əlcəkləri geyməlidirlər. Əleyhqazları
zəhərləyici, radioaktiv maddələrlə zəhərlənmiş və bakterial vasitələrlə yoluxmuş
yaxınlaşdıqda geyirlər.
Ayrılmış sahələrə çatdıqdan sonra sanitar drujinalarının komandirləri mülki
müdafiənin digər xidmətləri dəstələrinin komandirləri ilə əlaqə yaradır, şəraiti
yerindəcə dəqiqləşdirir, manqaların hərəkət istiqamətini təyin edir və drujinanın
başqa dəstələrlə qarşılıqlı əlaqə şəraitdə dərhal işə girişməsini təşkil edirlər.
Sandrujinaçılar adamları tapmaq üçün ayrılmış sahəyə səpələnir və bir-birini
gözdən qoymadan hərəkət edirlər. Sandrujinaçılar gündüz bir-birini səsləyir, gecə
isə fənər ilə əlaqə saxlayırlar. Dağılmış binalar, zirzəmilər və sadə daldanacaqlar
xüsusi olaraq axtarılır.
Sandrujinaçılar və digər dəstələrin şəxsi heyəti zədələnmiş adamlara yardım
göstərdikləri zaman, birinci növbədə zədələyici amillərin təsirini dayandırmalıdır.
Belə ki, əgər adamın paltarı yanırsa, onu dərhal söndürmək lazımdır. Radioaktiv
maddələr və ya bakterial vasitələrlə zəhərlənmiş sahələrdə zədələnmiş adamlara
əleyhqaz və ya nəm pambıq – tənzif sarğı geydirir,
bununla da radioaktiv
maddələrin və ya bakterial vasitələrin orqanizmin daxilinə keçməsini dayandırırlar.
Sonra zədələnənlərə ilk tibbi yardım göstərilir. Sandrujinaçılar zədələnənlərə
yardım göstərdikləri zamanı ən təcili tədbirləri yerinə yetirilməlidir: yanı turna,
turna-burmac və ya sıxıcı sarğı bağlayaraq qanaxmanı dayandırılmalı; yaraya və
yanıq yerlərinə bint, sarğı paketi, əlaltı materiallar vasitəsi ilə sarğı qoymalı,
sınıqları standart şinlər və ya əlaltı materiallar (faner, taxta və digər bərk əşyalar)
vasitəsi ilə immobilizasiya etməlidirlər. Bundan əlavə zədələnmələrə ağrıkəsici
dərmanlar verir; onları soyuqdan bürüyərək qızındırır və şoka qarşı digər adi
tədbirləri yerinə yetirirlər. Tənəffüsün zəiflədiyi və yaxud tamamilə kəsildiyi halda
dərhal süni tənəffüs verməyə başlayırlar. Lazım olduqda qismən sanitariya
təmizliyi və dezaktivasiya aparırlar.
İlk növbədə şok halında olan zədələnənlərə, nəfəs kəsilməsi və ya zəifləməsi
hallarına, güclü qanaxmaya, eləcə də qarışıq və digər ağır zədələnməyə məruz
qalmış adamlara yardım göstərilir.
Sanitar drujinalarının şəxsi heyəti həm ilk tibbi yardım dəstələrinin tərkibinə, həm
də epidemiya əleyhinə səyyar dəstələrin infeksion xəstəxana və izolyatorların
tərkibinə daxil edilərək bakterioloji yoluxma ocaqlarından işə cəlb oluna bilərlər.
Bakterioloji yoluxma ocaqlarında sanitar drujinalarının əsas vəzifələri bakterioloji
kəşfiyyat aparmaqda xəstələri aşkara çıxarmaq və izolyatorlarla yerləşdirməkdə,
təcili və xüsusi profilaktika
tədbirlərini həyata keçirməkdə, xəstəxana və evlərdəki
xəstələrə xidmət etməkdə tibbi işçilərinə yardım göstərməkdən ibarətdir.
Sandrujinaçılar əhaliyə mənzillərdə tam sanitar təmizlənmədən keçmək işində,
mənzilləri, pilləkənləri, evlərin həyətlərini, ümumi istifadə yerlərini və s.
zəhərsizləşdirməkdə əhaliyə yardım göstərir. Sandrujinaçılar icra etdiyi işdən asılı
olmayaraq qoruyucu paltar, əleyhqaz və ya qoruyucu xüsusi maska, əlcək, rezin
uzunboğaz çəkmə geyməlidir. Sanitar drujinaçılar xəstələnmişi və xəstələnmə
şübhəsi oyadan adamları aşkar edir. Xəstələri aşkara çıxarmaq
üçün sanitar
drujinaçılar gündə 2 dəfə bütün həyətləri gəzib yoxlamalıdırlar. Xəstə olan
mənzilə tənəffüs üzvlərinin və dərinin fərdi mühafizə vasitələrini geyərək girmək
olar.
Belə mənzillərdən çıxdıqdan sonra fərdi mühafizə vasitələrini dezinfeksiya etmək
və ya dəyişdirmək lazımdır. Aşkara çıxarılan xəstələr haqqında dərhal sanitar
drujinasının komandirinə və ya təhkim olunmuş tibb işçilərinə məlumat verilir.
Sandrujinaçılar əhalinin öz mənzillərini zərərsizləşdirilməsi işini təşkil edir və
buna nəzarət qoyaraq, əhalinin dezinfeksiya maddələri ilə təmin olunmasını
mənzillərdə istifadə etmə qaydalarına və dezinfeksiyanın düzgün aparılmasına fikir
verir. Sanitar drujinanın şəxsi heyəti sanitar təmizlənmə aparılmasında, eləcə də
həşərat və gəmiricilərin məhv edilməsində xüsusi dəstələrə və əhaliyə kömək edir.
Bir neçə sanitar drujinalarından təşkil olunmuş iri sənaye obyektlərində, tədris
müəssisələrində onları daha idarə etmək məqsədilə sanitar drujina
dəstələri
yaradılır. Sanitar drujina dəstəsi 4-5 sanitar drujinasından və dəstənin idarəetmə
qrupundan ibarətdir. Sanitar drujina dəstəsi eynilə sanitar drujinalarının gördüyü
işləri icra edir.
Sanitar postu – düşmən hücumu zamanı öz ərazisində zərər çəkmiş əhaliyə ilk tibbi
yardım göstərməyə cəlb olunurlar. Sanitar drujinalarının hazırlanması məktəblərdə,
ali tədris müəssisələrində və “Qırmızı aypara” cəmiyyətlərində təşkil olunur.
Sanitar drujina üzvləri əldə etdikləri bilikləri əyani sürətdə təkmilləşdirmək üçün
onlar müalicə müəssisələrində xəstələrə qulluq etmək və növbətçi sanitar kimi
təşkil olunurlar. Bundan başqa sanitar drujina üzvləri təcili tibbi yardım
məntəqələrində və epidemiya əleyhinə görülən tədbirlərin həyata keçirilməsində
iştirak etməyə cəlb olunurlar.
Sanitar drujinalarının və sanitar postlarının zədələnmə ocağında göstərdikləri ilk
tibbi yardımın həcminə aiddir:
-
tənəffüs üzvlərinin mühafizəsi üçün zədələnmiş şəxslərə əleyhqaz,
respirator və ya pambıq-tənzif sarğı geydirmək;
-
qanaxmanın qarşısını almaq (turna, turna-burmac və yaxud sıxıcı
sarğı qoymaq);
-
sınıqlarda və külli miqdarda yumşaq toxumaların yaralanması
zamanı şin və yaxud əl altında olan materiallardan
istifadə edərək bədənin
zədələnmiş hissəsini immobilizə etmək (hərəkətsiz hala salmaq);
-
şok əleyhinə tədbirlər görmək: narkotik analgetiklər vurmaq, sakitlik
yaratmaq, ürək dərmanları vermək və bədəni qızdırmaq;
-
süni tənəffüs vermək;
-
ürək fəaliyyətini bərpa etmək (ürəyin qapalı masajı);
-
zəhərləyici maddələrə qarşı xüsusi antidot vermək və başqa
profilaktik tədbirlər görmək;
-
zədənin xarakterinə uyğun zədələnmiş şəxsi xərəyə düzgün qoymaq.
Ümumiyyətlə əsasən sanitar drujinaları və sanitar postları aşağıdakı məqsədlə
istifadə olunur:
1.
Kütləvi qırğın ocağında ilk tibbi yardım göstərmək üçün;
2.
Səyyar epidemiya əleyhinə dəstələrdə epidemiya əleyhinə aparılan işlərdə
kömək üçün (həyətləri gəzib qızdırmalı şəxsləri axtarmaq, profilaktik dərmanlar
vermək, dezinfeksiyada iştirak etmək).
3.
İlk tibbi yardım dəstəsinin
tərkibində işləyəndə, tibbi şöbələrin
açılmasında, xəstələrə qulluq etməkdə, sarğı otağında tibb işçilərinə köməkdə,
xəstələri nəqliyyata mindirməkdə kömək edirlər.
4.
İxtisaslaşdırılmış xəstəxanalar açılanda onlara kömək etmək
Dostları ilə paylaş: