Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   98
Müh 2016

 Sanitar çantası.
Zədələnmə ocağında ilk yardım göstərilməsi üçün çoxlu miqdarda sarğı vasitələri: 
tənzif, bintlər, müxtəlif sarğı vasitələri, pambıq və s. tələb olunur. Qanaxmanın 
dayandırmaq üçün turnalar, sınıqları, burxulan və əzilən yerləri immobilizasiya 
etmək üçün şinlər, müxtəlif dərmanlar tələb olunacaqdır. Bu məqsədlə əvvəlcədən 
hazırlanmış tibbi əmlakın xüsusi komplektləri “sanitar çantası” vardır. Bundan 
başqa hər bir tələbə ilk tibbi yardım göstərmək üçün əlaltı vasitələrindən istifadə 
etməyi bacarmalıdır.
Sanitar çantasında müxtəlif ölçülü steril tənzif bintlər, sarğı ləçəkləri, yaraya sarğı 
qoyulan zaman işlədilən ağ (hiqroskopik) steril pambıq, immobilizasiya şini 
qoyulan zaman işlədilən boz pambıq olur. Bundan əlavə zədələnən adamlara 
yardım göstərmək üçün sanitar çantasında cürbəcür dərmanlar: 5%-li yod məhlulu, 
ampulda naşatır spirti, ampulda amilnitrit, valerian məhlulu, şpris-tyubikdə 2%-li 
promedol məhlulu, 0,5 q sulfadimetoksin tabletdə, taren həbi, sistanın həbi, 
xlortetrasiklin tabletləri, kalium permanqanat, çay sodası (NaHCO
3
) paketdə və s. 
Çantada sadə tibbi alətlər də olur: tibb termometri, qayçı, bağban bıçağı, 
menzurka-stəkan, leykoplastır, turna, habelə bloknot və qələm, tənəffüs üzvlərinin 
və gözləri bakterial vasitələrdən qorumaq üçün “ləçək” tipli qoruyucu maska. 
Sanitar çantasında ümumiyyətlə 10-12 yaralıya ilk tibbi yardım göstərməyə imkan 
verən miqdarda əmlak olur. 10 saatlıq iş ərzində sanitar çantasını 1-2 dəfə 
doldurmaq lazımdır.
Bütün bu əmlak dəsti çantada yerləşdirilir. Çantanın səthində qırmızı xaç şəkli 
olur. Çanta sağ böyürdə daşınır. Hər bir adamın isə fərdi sarğı paketi, fərdi kimyəvi 
paketi, fərdi apteçkası olmalıdır.


Fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2, kimya əleyhinə fərdi paket 
İPP-8 və fərdi sarğı paketi aiddir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin