Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   98
Müh 2016

İlk tibbi çeşidləmə 
Yardım göstərilməzdən əvvəl və eyni zamanda tibbi çeşidləmə, yəni xəsarətə 
uğrayanların eyni müalicə-köçürmə tədbirlərinə ehtiyacı olan qruplara ayrılması 
tətbiq olunur.


Çeşidləmədən məqsəd-xəsarətə uğrayan həmin mərhələdə göstərilməli olan tibbi 
yardımın müəyyən növbəliyi (nə qaydada) və xarakterini müəyyən etməkdən, 
habelə gələcək köçürmənin növbəliyi və istiqamətinin müəyyən olunmasından 
ibarətdir. Çeşidləmə mərhələli müalicə sisteminin mühüm ünsürüdür.
İlk həkim yardımı, keyfiyyətli və ixtisaslı cərrahi yardımın göstərildiyi 
mərhələlərdə qabaqca çeşidləmə meydançasında (postunda) bütün yeni daxil 
olanları 3 qrupa bölürlər:
1.Sanitariya təmizlənməsinə ehtiyacı olanlar (radioaktiv maddələrə, zəhərli 
maddələrə yoluxanlar, bakterial silahın təsirinə məruz qalanlar). Belə xəsarətə 
uğrayanlar, mövcud şəraitdən asılı olaraq, qismən və ya tam sanitariya 
təmizlənməsindən keçirilir və daha sonra çeşidləmənin aparıldığı binalara 
göndərilir.
2.İzolyasiya ehtiyacı olanlar (infeksion xəstələr və infeksion xəstəliklərə şübhəli 
olanlar) xəsarətə uğrayanların həmin qrupuna tibbi yardım izolyasiyada və ya 
ayrıca sarğı otağında göstərilir.
3. Ətrafdakılar üçün təhlükə təşkil etməyənlər, həmin xəsarətə uğrayanlara və ağır 
xəsarətə uğrayanlara bölünüb, çeşidləmədən ötrü binalara göndərirlər.
Qəbul-köçürmə şöbəsində və başqa şöbələrdə tibbi çeşidləmə işi prosesində 
xəsarətə uğrayanları 4 qrupa bölürlər:
1)
həmin mərhələdə yardıma ehtiyacı olanlar; 
2)
irəliyə köçürülməli olanlar (yardım sonrakı mərhələdə göstərilir); 
3)
sağalana qədər həmin mərhələdə qalan və birbaşa sıraya qaytarıla 
biləcək yüngül xəsarətə uğrayanlar; 
4)
yalnız iztirablarının yüngülləşdirilməsinə ehtiyacı olanlar.
Tibbi çeşidləmə həmin müəyyən mərhələdə göstərilən yardımın həcminə müvafiq 
olaraq icra edilir. Bu işdən məqsəd – əmələ gəlmiş konkret şəraitdə tibb xidmətinin 
sərəncamında olan qüvvə və vasitələrdən təsirli şəkildə istifadə olunmasına kömək 
etməkdir. Xəsarətə uğrayanların axışıb gəlməsi artdıqca, çeşidlənmənin rolu artır. 
Müasir müharibə üçün xarakter olan kütləvi sanitariya itkiləri şəraitində onun rolu 
xüsusilə böyükdür.
Qəbul - köçürmə şöbələrində çeşidləmə sarğını açmadan icra olunur. 
Məntəqədaxili və köçürmə - nəqletmə çeşidləməsi ayırd olunur. Məntəqə daxili 
çeşidləmədə: xəsarətə uğrayanın məhz həmin mərhələnin fəaliyyətində olan hansı 
şöbəsinə (operasiya otağına, antişok palataya) və hansı növbədə göndərilməli 
olduğu müəyyən olunur.
Köçürmə - nəqletmə çeşidlənməsinin məqsədi – xəsarətə uğrayan hansı növbədə, 
hansı nəqliyyat növündə, hansı vəziyyətdə (oturaq vəziyyətində, uzanmış halda) və 
məhz haraya köçürmək lazım gəldiyini müəyyən etməkdir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin